“Siyəzəndə vəziyyət qərgindir, rayona xüsusi teyinatlıları gətiriblər. Hətta zirehli texnika da gətirilib. Bu gün mitinq olacaq deyə gecə ilə bəzi adamları həbs ediblər”, – bu məlumatı “Basta”ya Siyəzəndəki mənbə verib.
Qeyd edək ki, dünən Siyəzəndə bir qrup yerli sakinin icra hakimiyyətinə yürüş edib. Mənbə bildirir ki, qarşıdakı günlərdə rayonda yeni kütləvi aksiyaların olması planlaşdırılır.
Etiraza səbəb bahalaşma, o cümlədən unun qiymətinin artmasıdır. İşsiz, çörəksiz qalan insanlar ayağa qalxıblar.
Belə görünür ki, hakimiyyət əhalinin haqlı narazılığını aradan qaldırmaq yox, zorakılıq hesabına susdurmaq niyyətindədir.
bastainfo.com