Rayonlarda etirazlar davam edir; dinc sakinlərin üzərinə qoşun göndərildi FOTO VİDEO

13-01-2016, 19:25   


Yanvarın 13-də günorta saatlarında Ağsu rayonunda yürüş olub. Şəhər sakinləri məvacibin azlığına, qiymət artımına və işsizliyə etiraz əlaməti olaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkından İcra Hakimiyyətinin binasınadək yürüş ediblər.

Etirazın səbəbi sosial problemlər, kəskin bahalıq, işsizlikdir. Sakinlər İcra Hakimiyyətindən problemlərinin həllini istəyirlər.

Məlumatlara görə, aksiyada mindən artıq insan iştirak edib.
Aksiya iştirakçıları Ağsu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşmək istəsələr də, başçı buna razı olmayıb. Belə ki, aksiyaçıların təyin etdiyi beş nəfərlik nümayəndə heyəti icra hakimiyyətində olsa da, başçı görüşdən imtina edib. O, sosial problemlərin onun günahı ucbatından yaranmadığını bildirib və deyib ki, baş verənlər dövlət səviyyəsində yaranıb. Bundan sonra isə yüzlərlə sakin İcra Hakimiyyətinə yürüş ediblər. Bu zaman icra başçısı onlarla görüşməyə razı olub.
Bildirilir ki, icra başçısı otuz nəfər rayon sakini ilə İcra Hakimiyyətinin iclas zalında görüş keçirib (musavat.com).



***

Siyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir. Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.


Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.

Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var.

Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.

Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb.

[media=https://www.youtube.com/watch?v=R_ouXgHO34Q]



Bu gün səhər saatlarından Füzuli rayon Bala Bəhmənli kəndində də vəziyyət yenidən gərginləşib, insanlar küçələrə tökülüb. Dinc etirazçıların üzrəinə Daxili Qoşunlar göndərilib.

Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyaya Əhmədbəyli və Mahmudlu kəndlərindən qoşulublar. Aksiyada 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.

Etirazçıların mərkəzi yolu bağladığı bildirilir.








lenkeran-etirazRegionlarda etiraz aksiyaları başladı; eyni vaxtda 4 rayonda əhali ayağa qalxdı

AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli və Müsavat partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyev saxlanılıblar. Hazırda hər iki şəxs Lənkəran şəhər polis şöbəsindədir.

***

Füzuli sakinləri icra başçısı və polis rəisinin rayondan çıxmasını tələb edirlər. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Füzulinin Böyük Bəhmənli kəndinin iki sakini, dünən və bu gün keçirilən aksiyalarda fəal olan Nəbi və Hikmət adlı şəxslər saxlanılıb.

“Füzulinin icra başçısı Alı Alıyev aksiya zamanı kəndə gəlib, sakinlərə problemlərin həll ediləcəyinə dair söz verib. Amma icra başçısı kənddən çıxandan sonra ora polis göndərilib və adları çəkilən iki sakin saxlanılıb. Bundan qəzəblənən kənd camaatı bu gün saat 19 radələrində Bakı-Horadiz yolunu kəsib. Tələbləri isə odur ki, tutulan iki nəfər buraxılsın”, – deyə məlumatda bildirilir.

Mənbə qeyd edir ki, hazırda da rayonda gərginlik davam edir. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri kəndə gəlsələr də, insanlar dagılışmır, tutulanların buraxılmasını tələb edirlər. Hadisə yerinə Füzuli ilə yanaşı, Beyləqan rayonundan da polislərin cəlb olunduğu bildirilir.

***

Yanvarın 12-də Lənkəran, Füzuli və Siyəzəndə sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib.

Lənkəranın Liman qəsəbə sakinləri Bakı-Astara yolunu bağlayıblar. Sakinlər qiymətlərin bahalaşmasına və işsizliyə etirazlarını bildiriblər. Aksiya iştirakçılarından biri Azadlıq Radiosuna deyib ki, artıq yaşaya bilmirlər: «Arvadın, uşaqların gözünün içinə baxa bilmirik. Bizə iş lazımdır, şəhərdə hər gün oğurluqlar artır. Təkcə dünən iki oğurluq olub».

Məlumatlara görə, aksiyanın qarşısını almaq üçün əraziyə polis qüvvələri cəlb olunub.





Aksiya saat 12.10-da başlayıb və saat 13.30-da İcra Hakimiyyəti nümayəndələrinin yaranmış problemlərin həllinə söz verməsindən sonra dayandırılıb. Polis bir neçə nəfərin həbs etmək istəsə də, sakinlər kütləvi müdaxilə ilə buna imkan verməyib.



***

Füzulidə isə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində qiymət artımına etiraz başlayıb. mia.az sayutını rayon sakinlərinə isitnadla xəbər verib ki, narazılar Horadiz-Bakı qatarının qarşısını kəsib. Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina ediblər. Hazırda 500 nəfərdən artıq sakin ərazidəki sərhəd zastavasının qarşısına yığılıblar.



Siyəzəndə də bahalaşmaya etiraz edən sakinlər Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Sakinlər mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Ərazidən keçən vətəndaşların “Azadlıq”a verdiyi məlumata görə, bir qrup rayon sakini isə Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışır.

***

Daha bir etiraz aksiyası da Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya eturaz ediblər. Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.





Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli isə Azadlıq Radiosuna deyib ki, intihar etmək istəyən bir nəfər – Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış: «Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. «Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq» deyirdilər».



Rayon sakini Cahid Hacıbəyli Azadlıq Radiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburi köçkünlər olub.



Rəşid Nəcəflinin sözlərinə görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

«Dedilər ki, «nə probleminiz var, həll edəcəyik». O gənc də dedi ki, «həmişə söz verirsiniz, amma sonra da aldadırsınız». Bəziləri danışır ki, hökumətin onlara verdiyi evləri kirayə verib gedib ata-ana, qardaş-bacı yanında yaşayırlar ki, birtəhər aldıqları pulla dolansınlar. Bir müəllimə cibindən resepti çıxardı, dedi ki, bir aydır gəzdirir, ancaq dərman ala bilmir. İcra başçısı da onları dinləyəndən sonra cavab verdi ki, ölkənin 20 faizi işğal altındadır, müharibə bitməyib, bu cür etirazlara ehtiyac yoxdur və s…» – Rəşid Nəcəfli deyib.

Rəsmilər və sakinlər gənci intihar fikrindən daşındırıblar. İcra başçısı problemlərin həllini vəd edib.

***

AXCP sədri Əli Kərimli rayonlarda baş qaldıran etirazlarla bağlı feysbuk səhifəsindən hökumətə çağırış edib. Əli Kərimli tələb edib ki, hökumət heç bir təxribata yol vermədən etirazçıları dinləməli, xalqın tələblərini yerinə yetirməlidir.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar