Manatın məzənnəsi aşağı düşəndən bəri ölkədə sanki bir dollar qıtlığı da yaranıbmış kimi görünür. Əslində isə belə bir problem Azərbaycanda hiss olunmamalı idi. Ən azından ciddi neft idxalı, habelə bu günə qədər dğ ölkədə həm dövlətə və həm də vətəndaşlara aid dollar ehtiyatı imkan verirdi ki, ciddi böhran müşahidə olunmasın. Amma bunun əksi müşahidə olundu ki, bu da səbəbsiz deyilmiş.
DİA.AZ-a bankların birindən verilən məlumatda qeyd olunur ki, bu gün əksər bankirlər ayrı-ayrı məmurların əllərindəki manatları dollara şevirməklə məşğul olduğundan ölkədə ümumi dollar böhranı mənzərəsi cızılıb.
Mənbənin dia.az-a söylədikləri: "Bu gün əksər bankların valyutadəyişmə məntəqələrinin ağzına qıfıl vurması da, nəhayətdə bunun belə olduğunu görüb Mərkəzi Bankın dollar satışını məhdud ünvanlarla əlaqələndirməsi də məhz qeyd etdiyimiz səbəblə bağlıdır.
Bu gün ayrı-ayrı banklar məmurlara 2 manatdan 1 dollar topladıqlarından məlum qıtlıq hiss olunur və əhali dolları ya tapa bilmir, ya da baha qiymətə almaq zorunda qalır".