Bu gün saat 11-13 arası Beyləqan rayon mərkəzində böhranla bağlı aksiya keçirilib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.
Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb.
Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.
Rayondakə mənbələr aksiya zamanı heç kimin saxlanmadığını bildirir.
Sakinlər yanvarın 19-da İcra Hakimiyyəti başçısının qəbuluna gedib, tələblərini orada da səsləndirmək niyyətindədirlər.