BDYPİ-də yaradılan rüşvət şəbəkəsi: Sahibkara çevrilən Müşviq Rəhimov kimdir?

21-01-2016, 12:27   
BDYPİ-də yaradılan rüşvət şəbəkəsi: Sahibkara çevrilən Müşviq Rəhimov kimdir?
Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. Azerinews.tv xəbər verir ki, BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisi Müşfiq Rəhimov həyata keçirir. O açdığu bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..

Daxil olan məlumatda bildirilir ki, dövlət rüsumu 18 manat olan bəzi nömrələrin qiymətlərini şöbə rəisinin yanında olub pul qazananlar təyin edir. Mənbə bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girə bilmir. Elə qapıdaca Aydın adlı köməkçi özü vətəndaşa yaxınlaşıb, onunla məsələni həll edir . Əlbəttə ki, ŞİRİNliyi yerində... Azerinews.tv-yə müraciət edən mənbənin məlumatına görə, Rəhimovun siyahısında ən bahalı nömrələr OO,TT, BB, və EE seriyaları ilə başlayanlardır. 18-20 manat olan həmin nömrələrin start qiymətləri isə 2500 manatdan başlayır. Digər seriyalı nömrələr isə müxtəlif qiymətlərə satılır. Cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə isə yaxın düşüləsi deyil. Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 - 20 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 150 min manata qədər yüksələ bilər...
BDYPİ-də yaradılan rüşvət şəbəkəsi: Sahibkara çevrilən Müşviq Rəhimov kimdir?
Müşfiq Rəhimovun Lənkəranda milyonluq hotel-restoran biznesi

Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov rüşvətlə əldə etdiyi pullarla nəhəng istirahət mərkəzi də tikdirib. Belə ki, “Xəzər Palace”i satdığı dövlət nömrə nişanlarının hesabına inşa etdirməklə biznes imperiyasını genişləndirdiyi də daxil olan məlumatlar sırasındadır.
Azerinews.tv-nin əldə etdiyi məlumata görə, şöbə rəisi Müşviq Rəhimov Lənkəranda dəyəri bir milyon dollara yaxın olan böyük hotel-restoran kompleksi tikdirib. Həmin məlumatda deyilir ki, Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində inşa edilən obyektin adı «Xəzər Palase»dir. Mənbə bildirir ki, otel-restoranın digərlərindən fərqli olmasının səbəbi isə tikilinin dənizin içində inşa edilməsidir. Və buda cənubda dənizin içində olan ilk hotel-restoran sayılır. Qeyd edək ki, bu barədə də foto-faktlarla geniş məlumat verməyə çalışacağıq. Bizi izləyin.

Xəbəriniz olsun:

Müşviq Rəhimovun yaxını nə ilə həbs edildi? Və M.Rəhimovunda əli olduğu həmin hadisədə, şöbə rəisi canını necə qurtardı. Hacı kimi tanınan şəxsin şəbəkəsində Müşviq Rəhimov harda yer alır. Sahibkara çevrilən Rəhimovun bütün biznes şəbəkəsi və nələr...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar