Yanvarın 24-də ölkə gündəmini zəbt edən sensasion bir məlumat yayıldı. Azərbaycanlı bir xanımın Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa alması mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusu oldu.
Məlumatı sensasion edən isə 16 villa alan Salyan rayon sakini 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızının SOCAR-ın yüksək vəzifəli şəxslərindən birinin həyat yoldaşı olmasıdır. Onun həyat yoldaşı SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevdir.
Femida.az 20 milyon dollara 16 villa alan məmurun oğlu haqda məlumat əldə edib. Məlumata görə, SOCAR rəisinin oğlu Qismət Mehdiyev Barselonada təhsil alır. O, sosial şəbəkədə zəngin həyatı əks etdirən fotolar paylaşır. O, dünyanın müxtəlif bahalı şəhərlərindəki səyahət fotoları ilə diqqət çəkir.
SOCAR rəisinin oğlunun milyonçu həyatını sizə təqdim edirik: