Qadir İbrahimli: «Bu rəqəm mövcud qiymətlərə, real inflyasiya templərinə adekvat deyil»
Maliyyə naziri Samir Şərifov ölkənin hazırkı iqtisadi durumuna nəzərən, iqtisadiyyatın inflyasiya həddindən bəhs edib. Nazir bildirib ki, təmsil etdyi qurum Vergilər Nazirliyi və Gömrük Xidmətinin xəttilə daxil olan xərclərə yenidən baxıb.
Maliyyə naziri bunu manatın devalvasiyasının Vergilər Nazirliyində müəyyən inflyasiyalar yarada biləcəyilə izah edib. O, Iqtisadiyyat Nazirliyində inflyasiyanın səviyyəsinin 10-12 faiz olaraq hesablandığını deyib.
Bəllidir ki, ölkədə baş verən inflyasiya proqnozu rəsmi şəkildə ilk dəfədir elan edilir. Buna qədər həmişə pozitiv açıqlamalar verilib və ölkədə inflyasiyanın həddilə bağlı açıqlanan rəqəm reallıqdan uzaq olub. Bununla belə, 10-12 faiz inflyasiyanın özü kifayət qədər böyük rəqəmdir. Rəsmi şəkildə belə bir rəqəm elan edilirsə, görəsən, reallıqda bu hədd əslində, neçə faizdir?
qadir-ibrahimli
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, yerli valyuta bir il ərzində iki dəfə devalvasiyaya uğrayıbsa, inflyasiyanın 10-12 faizlik həddindən söhbət gedə bilməz. Ekspertin sözlərinə görə, bu rəqəm reallığı heç cür əks etdirmir: “Ölkədə 10 ay ərzində 3 faizlik devalvasiyaya gedilibsə, inflyasiyanın templəri və ölkənin ərzaq, istehlak bazarı 70-75 faiz xarici, idxal məhsullarından asılıdırsa, burada 10-12 faiz çox kiçik rəqəmdir. Bəyan edilən rəsmi inflyasiya həddi reallıqla uzlaşmır və mövcud qiymətlərə, real inflyasiya templərinə adekvat deyil”.
Nigar