"Akkord"dan daha bir narazılıq... - ŞİKAYƏT VAR

30-01-2016, 11:20   
"Akkord"dan daha bir narazılıq... - ŞİKAYƏT VAR

Bakıda yaşayış komleksinin sakinləri yeni istifadəyə verilmiş avtomobil dayanacağının qiymətindən şikayətlənirlər. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" kompleksinin sakini Həşim Həşimov Criminal.az-a müraciət edərək bildirib ki, bir neçə gün əvvəl uzun gözləntidən sonra yaşadığı binada yeraltı avtomobil dayanacağı istifadəyə verilib. Lakin həsrətlə gözlədikləri dayanacağa qoyulan qiymək onları məyus edib. Bina sakinləri üçün avtomobilin bir gecəlik saxlanması üçün 2 manat tələb olunub. Qiymətin bu həddə olması sakinləri soymaqdır.

"Akkord"dan daha bir narazılıq...

Şikayətçi təyin olunan qiymətin sakinlər üçün çox yüksək olduğunun əsas gətirərək bunun bina sakinləri üçün aşağı salınmasını istəyir. O, məsələ ilə bağlı Akkord şirkətinə müraciət etsə də, onu dinləyən olmayıb. Şikayətçi məsələ ilə bağlı daha yuxarı qurumlara şikayət etmək niyyətində olduğunu deyir.

Şikayətlə bağlı Akkord şirkətlər qrupu ilə əlaqə saxlasaq da, onların mövqeyini öyrənmək mümkün olmadı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar