Rəsmi və hakimiyyətyönlü saytlar Cəlal Əliyevin vəfatı xəbərinə niyə toxunmadı?

1-02-2016, 11:28   

Rəsmi və hakimiyyətyönlü saytlar Cəlal Əliyevin vəfatı xəbərinə niyə toxunmadı?
Ötən axşam akademik Cəlal Əliyevin vəfatı ilə bağlı xəbər yayıldı. Bundan dərhal sonra KİV-də ziddiyyətli məlumatlar yer aldı: bəzi saytlar akademikin vəfat etdiyini, bəziləri isə bu xəbərin doğru olmadığını yazdı. Rəsmi və hakimiyyətyönlü saytlar isə bu məsələyə ümumiyyətlə toxunmadı.

Cəlal Əliyevin vəfatı xəbərini ilk yayan Haqqın.az saytı faktı təsdiqləyən yeni xəbər də yayıb. Saytın əməkdaşı gecə saatlarında Badamdar qəsəbəsinə - Cəlal Əliyevin iqamətgahının qarşısına gedib. Məlumata görə, iqamətgahın qarşısında xeyli adam - mərhumun qohumları, həmkarları və dostları toplaşıbmış. Bundan başqa, gecə olmasına baxmayaraq, Cəlal Əliyevin evinə tanınmış məmurlar da gəliblər. Saat 04.00 radələrində evə cənazə maşını da gəlib və mərhum akademikin nəşi Heydər Əliyev məscidinə aparılıb.

Sayt yazır ki, Cəlal Əliyevin xaricdə yaşayan qızı da Bakıya gecə gəlib.

Akademik Cəlal Əliyevin vəfatı barədə xəbəri bir qədər əvvəl APA informasiya agentliyi də yayıb. Ağentliyin məlumatında akademikin ölüm saatı gecə 03.00 göstərilib.

Cəlal Əliyev prezident İlham Əliyevin əmisidir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar