Eynulla Fətullayev niyə işçilərini çıxartdı?

8-02-2016, 11:42   



Baş redaktorun Qiymət Mehdiyev və Cəlal Əliyevlə bağlı yazdıqlarına görə hədəfə gəldiyi iddia olunur

Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqın.az və virtualaz.org saytlarının bağlanması barədə məlumat yayılmışdı. Daha sonra isə xəbər yayıldı ki, saytlar bağlanmayıb, sadəcə yaradıcı kollektivinin əksəriyyəti bu işdən çıxarılıb. Bu tədbir “saytın maliyyələşdirilməsinin məhdudlaşdırılması və onun konsepsiyasının dəyişməsi” ilə bağlıdır. Sayt artıq analitik materiallar və öz araşdırmalarını dərc etməyəcək, xəbər saytı xarakteri daşıyacaq, AzərTAc-ın və digər hakimiyyətyönlü informasiya resurslarının materiallarını dərc edəcək.

Saytın fəaliyyətində belə kəskin dönüşün səbəbləri aydın deyil.


Eynulla Fətullayev “Azadlıq”ın əməkdaşına açıqlamasında layihənin bağlanmadığını, sadəcə olaraq yaranmış maliyyə problemi ilə əlaqədar işçilərin ixtisara salındığını deyib.

Bəzi iddialara görə, Eynulla Fətuallayev SOCAR-ın əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevlə bağlı araşdırma materiala görə hədəf gəlib. Qeyd edək ki, həmin materialda Qiymət Mehdiyevin həyat yoldaşının Bodrumda 20 milyon dollara 16 villa almasından bəhs edilirdi. Sonradan Qiymət Mehdiyev deyilənləri təkzib etdi. Iddia olunur ki, bu material Eynulla Fətullayevin hədəfə gəlməsinə səbəb olub. Bəzi məlumatlarda isə Eynulla Fətullayevin ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin ölüm xəbəri ictimailəşdirdiyinə hədəfə gəldiyi iddia olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar