Hökumət pulsuz təhsilin ləğvinə hazırlaşır

10-02-2016, 09:11   


Hökumət pulsuz təhsilin ləğvinə hazırlaşır
Nurəddin Məmmədli: «Pullu sistemə keçirilməsi təhsil sisteminin məhvinə, sosial qruplar arasında ziddiyyətin kəskinləşməsinə səbəb olacaq»

Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra digər sferalarda olduğu kimi, təhsildə də publik hüquqi şəxsin yaranması məsələsi gündəmə gətirilib. Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “Azərtac”a açıqlamasında bunun mümkünlüyünü söyləyib.


O, məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxıldığını deyərək heç bir ölkədə universitetlər və təhsil ocaqlarının qeyri-kommersiya təşkilatı olmadığını bildirib. Ş.Əliyevin söylədiklərindən belə çıxıb ki, ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldurlar. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa bir sahə olduğu üçün orada bu cür məsuliyyət yoxdur. O, həmçinin publik hüquqi şəxslərin həm pullu, həm də pulsuz xidmət göstərəcəyini söyləyib.

nureddin-memmedli

Professor Nurəddin Məmmədli məsələni şərh edərək təhsil sisteminə vurulan zərbələrin onilliklər boyu aradan qaldırılmasını mümkünsüz sayır. O, sözügedən layihənin reallaşacağı təqdirdə ölkədə təhsil sisteminin ən yüksək maddi imkanlara malik olan insanların məşğul olduğu bir sferaya çevriləcəyini deyir. Nurəddin bəy əhalinin böyük əksəriyyətinin maddi ehtiyac içində yaşadığını, 60-70 faizin işsiz, qalan qrupun isə maaş və pensiyasının həyat minimumunu təmin edəcək səviyyədə olmadığını vurğulayır:

“Belə bir ölkədə təhsilin pullu sistemə keçirilməsi təhsil sisteminin tamamilə məhv olmasına, həmçinin sosial qruplar arasında ziddiyyətlərin kəkinləşməsinə səbəb olacaq. Təhsil sistemi bərbaddır, repetitorluq institutu olmadan hansısa bir uğur qazanmaq mümkün deyil. Ali məktəbə orta qəbul balı 150-dir və bu bala ekvivalent olan bilik səviyyəsi sovet dövründəki 2,3-ə bərabərdir. Bu cür səviyyəsiz tələbələrin gələcəkdə yaxşı mütəxəssis olmasına heç bir əsas yoxdur. Ona görə də tamamilə reallıqdan uzaq, xalqı orta əsr feodalizm idarəçiliyinə sürükləyən yol tutmaq düzgün deyil”.

N.Məmmədli hesab edir ki, əhalinin hazırkı kredit borclarının fonunda təhsil sisteminin belə sferaya çevrilməsi cəmiyyətin manqurtlaşdırılması, məhv edilməsi siyasətinə xidmət edir. O, kasıbın da oxumaq haqqına hörmət olunmasını deyir. Konstitusiyanın həmin maddəsinə istinad edən həmsöhbətimiz, pulsuz təhsil almaq kimi prioritetə əməl etməyi vacib sayır.

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar