Görən bunlar öz ovladları ilə də belə rəftar edirlər?
Bugün dəhşətli bir hadisənin şahidi oldum. Xalqlar Dostluğu metrosundan çıxarkən gördüm ki bir əlil kişi (ayaqları yox idi ) uzanıb yerdə yanında isə 4 yaşlı bir balaca qız. Polis üstündə durub dilənən kişini təhqir edir, qışqırır üstünə. Söhbət gəlib ona çıxdıki polis bu dilənçidən gündəlik "dolya"-sını (pul) tələb edirdi. Əlil kişi bildirib ki pulu yoxdu elə həmin an polis balaca qızı vəhşicəsinə başından tutub heyvan kimi döyə döyə apardı metronun içindəki polis şöbəsinə və dilənçi kişiyə bildirdi ki onun pulunu gətirməmiş qızını qaytarmayacaq. Adam nə qədər oğraş olmalıdır axı belə bir hərəkət eləsin. Yaxınlaşdım həmin şərəfsiz polisə bildirdim ki balaca uşağnan belə rəftar eləmək olmaz. Gördü ki çəkirik dərhal uşağı yerə atıb gəldi bizim üstümüzə.Biz də polis kameranı əlimizdən alıb kadrları silməsin deyə uzaqlaşdıq ordan......
Bax bu vicdansız, şərəfsiz polisləri tanıyın. Görünür maaşları verilmir, pul qazanmaq üçün ən mundar işlərə əl atırlar. Bu məsələ araşdırılmalı və bu şərəfsiz polis mütləq öz cəzasını almalıdır....
2-3 manata görə əlil kişinin qızını girov götürüb pul tələb edir....
SANCAQ production