Azərbaycanda ərzaqlar 18,3 faiz bahalaşıb RƏSMİ MƏLUMAT

20-02-2016, 00:07   
Azərbaycanda ərzaqlar 18,3 faiz bahalaşıb RƏSMİ MƏLUMAT

2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 17,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 4,6 faiz bahalaşmışdır. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

2016-cı ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 12,1 faiz artaraq 3080,6 milyon manata çatmışdır. Gəlirlərin 88,0 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,5 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.

2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü illə müqayisədə 5,0 faiz artaraq 466,4 manat təşkil etmişdir.


Xatırladaq ki, 21 Fevral 2015 və 21 Dekabr 2015-ci il tarixlərində Azərbaycanda müvafiq olaraq 34 və 50%-lik devalvasiya baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar