
Siz günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) “Quran”ı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” “Quran”, “Qızıl bəzəklər”surəsi, 5.
Xəbər verildiyi kimi bu gün Bakı metropolitenində qəza baş verdiyindən, sərnişinlər Q. Qarayev stansiyasında təxliyyə edilərək, başqa qatarla yola salınıb. Hadisə sərnişinlər arasında həyəcan və təşvişə səbəb olub.
Hesablamalarımız göstərir ki, son dövrlər ölkəmizdə baş verən, qatarla (o cümlədən metro qatarı ilə) bağlı olan həyəcanlı hadisələr, qəzalar təsadüfən baş verməyib, ciddi bir qanunauyğunluğa və nizama tabedir. Belə ki, onlar həm biri-biri ilə həm də astronomik hadisələrlə (Günəş və Ay tutulmaları ilə) riyazi şəkildə əlaqəlidir. Bu əlaqə özünü bir qayda olaraq “Quran”ın surələrinin cəmi olan 114 ədədi ilə büruzə verir. Yəni, apardığımız monitorinqin nəticələrindən məlum olur ki, Bakıdakı qatar (metro) qəzaları hər 114 gündən bir baş verib. Bu gün metroda baş verən qəza da bu qəbildəndir.
Qatar qəzalarında diqqət çəkən digər maraqlı məqam onların ildırımla müşayət olunmasıdır. Yəni, ildırım vurması səbəbindən baş verməsidir. Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı, həmçinin, 13 ədədinin də bütün elmlərdə (fizika, kimya, biologiya, anatomiya və s.) həyəcan rəmzi olaraq özünü büruzə verməsi barədə keçən yazımda faktlar sadalamışdım (bax: moderator.az/news/132245.html ).
Elə isə, gəlin cəmiyyətdə həyəcan yaradan qatar qəzalarının, eləcə də bugünkü metro qəzasının tarixlərinə və onların astronomik hadisələrlə (ildırımla) əlaqələrinə birlikdə nəzər salaq:
1) 2012-ci ilin 23 sentyabrında həm Siyəzən, həm də Hacıqabul rayonlarında (eyni vaxtda) elektrik yarımstansiyalarını ildırım vurdu və hər iki rayon qaranlığa qərq oldu. Hadisə ilə əlaqədar Hacıqabuldan keçən bütün qatarlar dayandı. Bu səbəbdən ölkədə böyük bir həyəcan yaşandı.
2) Maraqlıdır ki, yuxarıdakı hadisə 114 (!) gündən sonra Hacıqabulda təkrar baş verdi. Belə ki, elm əsrinin 13-cü ilinin, 13-cü (!) günü Hacıqabulda ildırımın qatarı vurması səbəbindən böyük bir yanğın həyəcanı yaşandı. Dəmir yolu bir müddət bağlı qaldığından Bakı istiqamətində hərəkət edən bütün qatarlar dayandı. Bu hadisə həm bölgədə, həm də olkədə həyəcanla izlənildi.
Bu hadisələrdə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, ikinci hadisə birincinin 114-cü (!) günü baş vermişdir ki, bu da Quran rəmzidir.
Hər iki hadisə ildırımla (!) bağlıdır və 13-cü ilin 13-cü günündə təkrarlanmışdır.
3) Elm əsrinin 13-cü ilinin 24 aprelində Bakı metrosunda daha bir həyacan yaşandı. Belə ki, qatarda qəza baş verdiyindən sərnişinlər bir müddət tuneldə qaldı. Hadisə sərnişinlər arasında böyük bir həyacan (!) və çaxnaşma yaratdı. Ölkənin bütün KİV-lərində yayımlanan bu qəzada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, qəza baş verən gün ilin 114-cü (!) günü idi.
“Biz hər şeyi sayıb yazmışıq!” Quran, 78:29
4) Yadınıza salım ki, 13-cü ilin mayın 7-də Bakı-Moskva reysi ilə hərəkət edən sərnişin qatarı yük maşını ilə toqquşmuş, maşın kənardakı 3.500 voltluq elektrik dirəyinə dəyərək, onu aşırmış və bölgə qaranlığa qərq olmuşdu. Həm də dəmir yolu bağlı qaldığından, bütün sərnişin qatarları yolda qalmışdı. Maraqlıdır ki, bu Qatar qəzası da ikinci bənddə göstərdiyim analoji (Hacıqabuldakı) qəznın 114-cü (!) günü baş vermişdir və hər ikisi enerjiyə bağlanmışdır.
5) Bildiyimiz kimi 13-cü ilin 19 dekabrında Bakı metropolitenində baş vermiş qəza ilə əlaqə-dar qatar bir müddət tuneldə qaldı. Bu hadisə də qatardakı sərnişinlərlə bərabər ölkənin bütün əhalisində həyəcan (!) yaratdı. Diqqətinizi daha bir maraqlı məqama cəlb edim ki, bu hadisə özündən əvvəlki (7 maydakı) qatar qəzasının 228-ci günü baş vermişdir ki, bu da Quran rəmzi olan 114 ədədinin iki mislidir:
228 – 114 = 114
6) 2015-ci il dekabrın 2-də Bakı metrosunda növbəti problem yaşandı – iki stansiyada işıqlar söndürüldüyündən, oradakı insanlar həyəcan yaşadılar. Qeyd edim ki, metroda bənzər problem bundan 114 (!) gün qabaq (11. 08. 2015) yaşanmışdı. Həmin vaxt metronu su basdığından bir neçə stansiya bağlanmışdı.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır.” Quran,19:94.
7) İndi isə, bu gün baş verən metro qəzasının əvvəlki qəzalarla riyazi bağlılığına və onların davamı olduğuna nəzər salaq. Qəzada diqqət çəkən məqamlardan biri keçən ilin 21 iyulunda Bakı-Balakən qatarında baş verən qəzanın (həmin gün qatar reysdən çıxmışdı) 286-cı günü olmasıdır ki, bu da orjinal “Quran”ın səhifələrinin sayıdır. Bu gün baş verən qəza Astronomik hadisələrlə də əlaqələnir. Belə ki, yerdəki saat fərqini nəzərə alsaq, görərik ki, bu gün 8 oktyabr 2014-cü il tarixdə baş verən Ay tutulmasının 572-ci günüdür ki, bundan da “Quran”ın səhifələrinin sayını (286) çıxsaq, yenə də 286 ədədi alınar və diqqətimizi təkrar olaraq müqəddəs kitaba yönəldər:
572 – 286 = 286
Bugünkü metro qəzasının diqqət çəkən digər maraqlı məqamı onun özündən əvvəlki metro qəzaları ilə riyazi bağlılığıdır. Belə ki, bu gün 12 yanvar 2014-cü il tarixdə Bakıda baş verən metro qəzasının (həmin qəzada qaratlar bir saat dayanmışdılar) 841-ci günüdür ki, bundan da “Quran”ın səhifəlrinin sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi sayılan 555 ədədi alınacaqdır:
841 – 286 = 555
Xatırladım ki, bu gün həm də 25 oktyabr 2014-cü ildə baş verən Günəş tutulmasının 555-ci günüdür (Yerdəki saat fərqi nəzərə alınmaqla).
Diqqətinizi daha bir maraqlı məqama yönəldim ki, bugünkü metro qəzası yuxarıda (3-cü bənddə) göstərdiyim 24 aprel tarixli metro qəzasının 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınır və bir daha diqqətimizi tövbə edib, doğru yola dönməyin vacibliyinə yönəldər:
1110 – 555 = 555
Xatırladım ki, Qız qalasının sirlərindən bəhs edən yazımda da qaladakı bütün sirli kodların 555 ədədinə bağlandığı üzə çıxırdı.
Oxucunu yormamaqçün faktları artırmıram. Sual yaranır ki, ölkəmizdə baş verən bu cür təbii fəlakətlər və metro qəzaları niyə daim “Quran” rəmzlərinə bağlanır? Bu nəyin əlamətidir və cəmiyyətə hansı kodlaşdırılmış informasiyanı ötürür?
Sadaladığım faktlar sübut edir ki, Azərbaycanda baş verən həyəcanlı Qatar qəzaları təsadüfən baş verməyib, ciddi bir qanunauyğunluğa və nizama tabedir.
Bu qanunauyğunluğun isə “Quran” rəmzi olan 114 ədədi altında baş verməsi, ölkə əhalisinin diqqətini bəşəri dəyərlər toplusu olan “Quran”a cəlb etmək məqsədi daşıyır.
Bu sirli hadisələr bəlkə də “yolunu azmış millətimizi” gözləyən bəlaların və cəzalanmaların XƏBƏRDARLIĞIDIR.
Odur ki, insanlar etdikləri çoxsaylı fərdi günahlara görə tövbə etməli və "texniki pasport" olaraq göndərilən “Quran”a əməl etməlidirlər. Ancaq bu yolla gələn bəlalardan sığortalanmaq mümkündür:
“Allah öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib, belə buyurar: “Bəndələrimi əzabımla qorxudub, bu həqiqəti onlara bildirin: Məndən başqa heç bir Tanrı yoxdur, Məndən qorxun!” Quran, 16:2
Allahın qulu və carçısı: Paşa Yaqub (tədqiqatçı-yazıçı).