Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“ABŞ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox səy göstərməlidir”-amerikalı diplomat yazır..

7-05-2016, 18:45   
“ABŞ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox səy göstərməlidir”-amerikalı diplomat yazır..
1973-cü ildə qurulan, ABŞ əhalisinin maariflənməsi və öyrənməsi üçün xidmət edən Heritage.org saytı Cənubi Qafqaz regionunda baş verən dəyişiklikləri ələ alan bir araşdırma yazısı hazırlayıb. Məqalədə Cənubi Qafqaz regionunda Rusiyanın, İranın, Azərbaycanın və Ermənistanın rolu, ABŞ milli maraqları təhlil edilib.

Musavat.com Lyuk Kofeynin müəllifi olduğu araşdırma yazısını sizə təqdim edir.

Cənubi Qafqazda diqqəti cəlb edən dörd hadisə:

1. Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ torpaqları üstündə Ermənistan ilə Azərbaycanın arasında gərginliyin artması;

2. Qarşıdan gələn referendum və Cənubi Osetiya Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğalı;

3. Regionda İran dövlətinin müdaxiləsinin artması;

4. Ermənistanda rus əsgərlərinin sayının artması.

Bu regionda yaşanan dəyişiklikləri göz önündə saxlamaq Amerikanın milli maraqlarına daxildir.

Dağlıq Qarabağda yaşanan sonuncu döyüşlər

Ötən ay Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı hərbiçilər ilə erməni əsgərləri arasında yaşanan döyüş həssas bölgədə təkrar qeyri-sabitliyinə səbəb oldu. Hər iki tərəfdən onlarla hərbçi öldürüldü və Azərbaycan gücləri 90-cı ilin əvvəllərində Ermənistana uduzduğu bəzi əraziləri geri ala bildi. Ərazidə atəşkəs əldə olunmasına baxmayaraq, tez-tez pozulur.
Ermənistan və Azərbaycan arasında olan münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycan Qarabağ Muxtar Vilayəti üzərində ərazi iddiaları irəli sürməsindən sonra başlanıb.

Bu hadisə 30.000 insanın ölümünə, yüz minlərlə insanın evindən didərgin düşməsinə səbəb olub. 1992-ci ildən bəri erməni gücləri Azərbaycanın 20% torpaqlarını işğal edib və Beynəlxalq təşkilatlar həmin torpaqları Azərbaycan ərazisi kimi tanıyır.

Bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə Abxaziya və Cənubi Osetiyanın və Ukraynanın Krım vilayətinin Rusiya tərəfindən işğalı arasında heç bir fərq yoxdur.

Osetiyada qanunsuz referendum

2008-ci ilin avqust ayında Rusiya Gürcüstanı işğal etdi. Rusiya ordusu paytaxt Tiflisə qədər gəlib çıxdı.

8 il sonra Rusiya birlikləri Gürcüstanın iki regionunu - Cənubi Osetiya və Abxaziyani işğal etdi. Son zamanlarda Cənubi Osetiyanin dırnaq arası prezidenti Leonid Tibilov - özünü Vladimir Putinin yaxın dostu və keçmiş KQB agenti kimi tanıdan şəxs Cənubi Osetiyanın bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilməyə hazırlaşdığını bəyan etdi. O, referendum vaxtının hələ dəqiq müəyyən edilmədiyini bildirsə də, 2016 - cı ilin avqust ayına qədər keçiriləcəyini qeyd edib.

Cənubu Osetiyada bir çox yerli sakin zorla evlərindən didərgin salınmış və öldürülmüşdür. 2008-ci ildə Rusiya işğalı ərzində çoxlu etnik osetiyalılar burada yaşayan, Rusiyanın nəzarəti altında olan etnik gürcüləri tamamilə çıxartmağa çalışdı. 1989-cu ildə Cənubi Osetiyanın əhalisini təxminən 100 min nəfər təşkil edirdi. Bu gün regionun əhalisi əsasən etnik ruslar və osetinlərdən ibarətdir və 30 min nəfər təşkil edir.

Cənubi Osetiya bölgəsi beynəlxalq mühitdə Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi kimi tanınır. Buna görə də bu referendumun beynəlxalq hüquqda heç bir əsası yoxdur.

Ermənistanda qüvvətlənən Rusiya ordusu

Eyni şəkildə Aralıq dənizi və Qara dənizdə Rusiyanın dəniz gücü proyeksiyasi üçün Krım vacib rol oynayır, Moskva ordusunun Ermənistanda olan varlığı Rusiyanın Cənubi Qafqazda güc proyeksiyasını qüvvətləndirir. Moskva İrəvan üzərindəki güclü hakimiyyətindən məmnundur. Ermənistan Rusiyanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. 2013-cü ilin sentyabrında Ermənistan Avropa birliyi ilə əməkdaşlıq müqaviləsi imzalamağa qərar verdi və daha sonra onun yerinə Rusiyanın rəhbərlik elədiyi Avrasiya İqtisadi birliyinə qoşuldu. Ermənistan hətta BMT-nin Baş Assambleyasında 2014-cü ildə Krımı Rusiyanın tərkibi qatılması lehinə səs verdi.



Keçən ilin sonlarında Rusiya və Ermənistan arasında imzalanan Regional Hava Hücumu Müdafiəsi razılaşması bütün Cənubi Qafqazda Rusiyanın hava ərazilərinin nəzarət etməsinə imkan yaratdı. Rusiya güclərinin əksəriyyəti təxminən 5000 əsgər, onlarla qırıcı təyyarə və hücum helikopterlərindən ibarət Türkiyə (NATO-nun üzvü) sərhədi yaxınlığında yerləşən Rusiyanın 102 ci hərbi bazası yerləşir.

İranı cəsarətləndirmək və dəstək olmaq

İran Avrasiyanın müəyyən güclərindən biridir və buna görə də doğru və ya yanlış, özünü Cənubi Qafqazda xüsusi statusa malik biri kimi görür. Ötən yay beynəlxalq qüvvələr ilə İran arasında əldə olunan nüvə proqramı sazişi Tehran siyasətinə və onun bölgədə dörd inkişafdan biri olmasına şərait yaratdı.

Birincisi, İran əlindəki çoxlu maliyyə resurslarının reallaşmasına nail olacaq. Bu razılaşma sayəsində Tehran 100 milyard dollarlıq dondurulmuş vəsaitinə yenidən sahib oldu.
İkincisi, beynəlxalq arenada diplomatik əlaqələrdə Rusiyadan daha az asılı olacaq. İndi nüvə danışıqları vaxtında olduğu kimi, Tehranın Moskvanın dəstəyinə ehtiyacı yoxdur. İran regiona təsir uğrunda Rusiya ilə rəqabətdə olacaq.

Üçüncüsü, İranın indi beynəlxalq arenada daha çox etimadı var. İranlıların nəzərində nüvə razılaşması diplomatik bir zəfərdir. İran hökuməti bildirir ki, nüvə silahı razılaşması İranın xarici siyasətində böyük bir uğurdur və bu, İranın dünya regionlarında maraqlarının artmasına səbəb olub. Əlbəttə ki, bu maraqlara Cənubi Qafqaz da daxildir.

Dördüncüsü, İran iqtisadi və ticari fürsətlər əldə edib, xüsusilə də Ermənistanla. Buna görə də, regionda daha çox təsir gücünə sahibdir. Nüvə sazişi əldə olunmazdan əvvəl İran Ermənistanda böyük investisiya layihələri barədə danışıqlar aparırdı, əsasən energetika və tranzit sahələrində.



Regionda NATO-nun və Amerikanın hədəfləri ilə zidd olan Post-Sovet siyasəti əldə etmək üçün Moskva Cənubi Qafqazda gərginlikləri və istismarı artırmağa davam edir. İndi İranın nağd pulu və yenidən əldə etdiyi etimadı var. Bu onun regionda daha aktiv olunmasına şərait yaradır.

Buna görə də öz maraqlarını qorumaq üçün ABŞ-a lazımdır :

• Dağlıq Qarabağdakı vəziyyəti izləməyə davam etmək

Dağlıq Qarabağ üzərindəki sülh danışıqları illərdi ki, dayandırılmışdı və ABŞ müzakirə masasına tərəfləri gətirmək üçün çox az səy göstərirdi.

Lakin bu məsələdə səssiz qalan status - kvonu gizli (üstüörtülü) təsdiq edir. ABŞ bütün Azərbaycan torpaqlarında erməni birliklərinin geri çəkilməsini və sülh danışıqlarını ehtiva edən çağırışlar etməyə davam etməlidir.

• Sanksiyaları artırmaq

Rusiya tərəfindən işğal olunan Cənubi Osetiya və Abxaziya üzərində hədəflənən sanksiyaları artırmalıdır. ABŞ indi Avropa tərəfdaşları ilə bu sanksiyanın tədricən başlamalıdır.

• Regionda görünən tərəf olmalıdır

ABŞ-ın bölgə ilə daha çox məşğul olmağa ehtiyacı var. Əks halda bu İran və Rusiya arasında qeyri-sağlam rəqabətə gətirib çıxardacaq.

• Ermənistan üçün Moskvanın dəstəyini alınması Rusiyanın strategiyasının bir hissəsidir
Regionda sərhədlər arasında yaşanan konfiliktlər və Rusiyanın onlara silah satışı "dondurulmuş münaqişələr" dən əldə etdiyi xeyirdir. Bundan əlavə Rusiyanın Ermənistana dəstəyi NATO-nun üzvü olan Türkiyəni sarsıtmaq üçün Rusiyanın böyük strategiyası olduğu da məlumdur.

BÖYÜK STRATEGİYA

Baxmayaraq ki, Cənubi Qafqaz coğrafi baxımdan ABŞ-dan xeyli uzaqdadır, burada baş verən hadisələr transatlantik əlaqələr üçün ciddi qol-budaq rolunu oynayır.

ABŞ Rusiya ilə başa çıxmaq üçün strategiya qurursa və İrana dəstək verirsə, Vaşinqtondakı siyasətçilər Cənubi Qafqazı göz ardı etməməlidir.

Aygün SƏFƏRLİ,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar