“Yasamal Rayonu İcra Hakimiyyəti bunun qaşrısını almalıdır. İşləri yalnız gəlib pul yığaqdan ibarətdir”

Son günlər Moderator.az -a Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən dönərxanalar haqda oxucu şikayətləri daxil olmaqdadır. Belə ki, çox ucuz qiymətə 1 manata satılan bu dönərlərin sağlamlıq üçün təhlükəli olduğu haqda oxucularımız bizə şikayət edib. Əraziyə gedən əməkdaşımız dönərxanaların durumu ilə yerindəcə tanış olub.
Elmlər Akademiyası metrosunudan üzü Bakı Dövlət Univeristeti istiqamətinə gedən yolda 4-5 dönərxana fəaliyət göstərir. Hansında ki, dönəri 1 azn-ə satırlar. Dönərxanaların əsas müştəriləri tələbələrdir. Tələbələr əməkdaşımıza bildirdi ki, onlar məcbiriyyətdən ucuz dönər alırlar. Dönərxana sahibləri isə müxbirimizlə söhbətdən çəkinərək bildirdilər ki, onlar qanunu işləyirlər, istifadə etdikləri ətin sertifikatı da var. Lazım olan bütün qurumları da “gördüklərini” xüsusi vurğuladılar. Həmin dönərxanaların yanında qiyməti 2-3 manat arası olan dönərxanalar də fəaliyət göstərməkdə idi. Qiyməti biraz baha olan dönərxananın sahib müxbirimizə ucuz ətin şorbasının olmadığı kimi ucuz dönərin də keyfiyətinin olmadığıı dedi:
“Sözün düzü biz də bir neçə dəfə o dönərlərdən satdıq. Amma mən həmin o ətləri görəndə sadəcə dəhşətə gəldim. Braziliya və ABŞ-dan gətirilən bud ətləri çox bərbad durumda idi. Onların donu açılan kimi iylənməyə başlayır. Xəstə, ölmüş broyler toyuqlarının hissələri idi hamısı. Bu əti insanlarımız yedizdirənlər bilməlidir ki, onlar millətimizin genafondunu məhv edirlər. Xüsusən də bu dönərləri tələbələrin alması daha dəhşətli bir şeydi. Ucuz ətin şorbasının olmadığı kimi ucuz dönərin ətinin də keyfiyəti olmaz. Elə bil ki, bunu kimsə bilərəkdən təşkil edir. Əlaqədar qurumlar, Yasamal Rayonu İcra Hakimiyyəti bunun qaşrısını almalıdır. İşləri yalnız gəlib pul yığaqdan ibarətdir”.