Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcək - Kremldən açıqlama

10-06-2016, 16:46   
Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcək - Kremldən açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun sonlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentilərinin görüşünün təşkil olunması ilə bağlı çalışmaların olduğunu deyib.

Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, Kreml sözçüsü jurnalistlərin sualına cavab olaraq bu görüşün Sankt-Peterburqda baş tuta biləcəyini açıqlayıb. “Bu istiqamətdə iş aparılır. Biz istisna etmirik ki, belə bir görüş olacaq. Amma yekun qərarla bağlı da sizə məlumat verəcəyik”-deyən Peskov bildirib ki, görüşün taleyi Azərbaycan və Ermənistan rəhbərliyinin razılığından asılıdır.

Qeyd edək ki, Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı da xəbər yayılıb. Güman olunur ki, prezidentlər sammit çərçivəsində bir araya gələcək.

Cavid TURAN
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar