"WhatsApp"da əla YENİLİK - FOTO

12-06-2016, 12:54   

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" yenilik edib.

Milli.Az xəbər verir ki, "reply" adlanan yenilik sayəsində artıq seçilən mesaja xüsusi cavab yazmaq mümkün olacaq. Bunun üçün cavablandırılması lazım olan mesajın üstünə bir neçə saniyə sıxıb saxlamaq lazımdır.



Açılan yeni pəncərədə "reply" (İOS platformalı telefonlar üçün) və ya sola istiqamətlənmiş ox (Android platformalı telefonlar üçün) düyməsini sıxmaqla mesajı cavablandırmaq mümkün olacaq.

Qeyd edək ki, funkisya həm İOS həm də Android platformalı telefonlarda aktiv edilib.

Bəxtiyar Umarlı
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar