Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Pyotr Poroşenkoya Kiyevin Krımdan imtina etməsi üçün rüşvət təklif edib
Politika.Az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində deputat Anton Qeraşenko söyləyib. Onun sözlərinə görə, Putin bir il bundan öncə məhz Krımdan imtina üçün Kiyevə 50-80 milyard dollar verməyə hazır idi:
“O bizdən Krımdan imtina üçün Ukraynada referendum keçirilməsini istəyirdi. Poroşenkoya bu təklif ediləndə o, dərhal yox dedi. Putin Donbası yaratmaqla Ukraynada daima mövcud olacaq konflikt ocağı formalaşdırdı”.