XİN başçısının Prezident tərəfindən tənqid olunması nəticə verəcəkmi?
Azərbaycanda ən çox tənqidə məruz qalan nazirlərdən biri Elmar Məmmədyarovdur. Politika.Az xəbər verir ki, ölkənin ən strateji nazirliyi olan XİN-in başında duran bu şəxsin aktiv, çevik və bacarıqlı biri olması vacibkən, onun başına Məmmədyarov kimi ləng, bacarıqsız birinin gətirilməsi çox təəccüblüdür.
Qeyd edək ki, Elmar Məmmədyarov son aprel döyüşlərində də özünün qeyri-çevikliyi ilə diqqəti çəkmişdi. XİN bütün resurslarını işə salmaq əvəzinə, daha çox gözləmə mövqeyində dayanmalı olmuşdu.
Amma bu lənglik, bacarıqsızlıq mahiyyət etibarı ilə nazir üçün heç bir sıxıntı yaratmadı. Politika.Az xəbər verir ki, ta ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlıları Konqresinin qurultayında etdiyi çıxışına qədər. Qeyd edək ki, həmin çıxışında dövlət başçısı XİN-i və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini sərt tənqid edərək, onları bacarıqsızlıqda və səhlənkarlıqda ittiham edib. Düzdür, bu fikirlər dolayı yolla səsləndirilib, amma ünvanlar məlumdur.
Bildirək ki, Prezident İlham Əliyev öz çıxışında diasporamızın yaxşı işləyə bilmədiyini, saytlarının və qəzetlərinin olmadığını idarə tutub. Dövlət başçısı qeyd edib ki, indiki məqamda bu məsələdə diqqətli olmaqla yanaşı, həm də çevik olmaq lazımdır.
Politika.Az xəbər verir ki, Elmar Məmmədyarovun bu tənqiddən nəticə çıxaracağı şübhəlidir. Çünki bu ləng nazir yerindən tərpənənə qədər xaricdə yaşayan azərbaycanlılar bir çox problemlərlə üzləşəcək. Həmçinin Diaspora Komitəsi də fəaliyyətsizli ilə diqqəti çəkir ki, onların da bu tənqiddən nəticə çıxaracağı istisna deyil.
Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir
Politika.Az