Xaçmazda iş adamının başını kəsdilər

16-06-2016, 12:26   
Xaçmazda iş adamının başını kəsdilər

Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə bu gecə Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, öz həyətində topdansatışla məşğul olan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlunun evinə naməlum şəxslər girib. Onlar əvvəlcə həyətdəki iti öldürüblər. Daha sonra isə İlqarın başını kəsiblər.
Xaçmaz rayon prokurorluğundan faktı AzNews.az-a təsdiqləyiblər. Bildiriblər ki, hazırda hadisəylə bağlı araşdırma gedir. Ətraflı məlumat veriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar