ANS itirə-itirə gedir:-NÜFUZUNU VƏ NÜFUZLULARINI

16-06-2016, 23:56   

Bir vaxtlar xalqın sevimli kanalı olan, xəbərlərini səbirsizliklə oturub gözlədiyi ANS telekanalı son illər özünün “yarpaq tökümü”nü yaşamaqdadır. Müstəqilliyini müstəmləkəyə çevirən, obyektivliyini, yalana, saxta təhlilələrə dəyişən, qərəzsizliyini isə qərəzə çevirən bu kanal nüfuzu ilə yanaşı onu xalqa sevdirən əməkdaşlarını da itirir. Son 2-3 il ərzində ANS-i tanıdan, bu kanalın uğurlarına şərik olan insanlara qarşı ögey münasibət davam etməkdədir. Məhz bu səbəbdən də kanalın tanınmış simaları orada yaradılmış avtoritar sistemə etiraz olaraq, tərk edirlər.
Gununsesi.info xəbər verir ki, ANS-i ən son tərk edən isə əməkdar jurnalist Ləman Əliəşrəfqızı oldu. Tanınmış jurnalist özünün facebook hesabında işdən ayrılmasını belə izah edib: “20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”.
Gununsesi.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar