Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "Facebook Messenger" yenilik etməyə hazırlaşır.
anaxeber.info milli.az-a istinadən xəbər verir ki, "messenger"in dizaynı dəyişiləcək. Yeni dizaynda isə cüzi fərqlər olacaq.
Belə ki, əvvəllər yazışdığınız şəxslərin adları alt-alta sıralanırdısa, indi bu sıralama yan-yana istiqamətdə olacaq. Aşağıda isə ən çox mesajlaşdığınız şəxslərin adları sıralanacaq.