Orlando qətliamını törədən Ömər Mətin qırğının ortasında arvadına mesaj yazıb

17-06-2016, 16:25   
Orlando qətliamını törədən Ömər Mətin qırğının ortasında arvadına mesaj yazıb
ABŞ-ın Florida ştatında Orlando şəhərində gecə klubunda onlarla insanı öldürən Ömər Mətin qanlı qırğının ortasında arvadı Nur Salmana telefonla mesaj atmağa belə macal tapıbmış.

Musavat.com foxnews-a istinadən bildirir ki, mesajların mövcudluğunu ilk dəfə ABŞ-ın CNN kanalı ortaya çıxarıb.

ABŞ televiziyalarının xəbərinə görə, gecə saat 2-də Mətinin anası Nur Salmanı telefonla arayıb və oğlunun harda olduğunu xəbər alıb. Nur Salman bunu bilmədiyini söyləyib.

Bundan sonra o, Ömər Mətinə saat 2-30-da yəni qətliamın ən qızğın çağında Ömər Mətinə mesaj ataraq onun harada olduğunu soruşub.

Mətin ona mətnlə cavabında “nə baş verdiyini bilirsənmi?” deyə yazıb. Nur Salman “yox” cavabını verdikdən sonra Mətinin son mesajı “Səni sevirəm” olub.

Nur Salman Federal Təhqiqat Bürosunun agentlərinə verdiyi ifadədə həmin mesajdan sonra Ömər Mətini dəfələrlə aradığını, lakin cavab almadığını söyləyib.

Ömər Mətinin qanlı hadisədə polis tərəfindən vurularaq öldürülüb.

O, öldürülənə qədər 49 insanı öldürməyə, 53-nü isə yaralamağa macal tapıb.

Qeyd edək ki, ABŞ televiziyaları Ömər Mətin tərəfindən yazıldığı iddia edilən facebook statuslarından da sitatlar gətiriblər.

Onların birində Mətin “Əsl müsəlmanlar Qərbin iyrənc yollarını qəbul etməyəcəklər. Siz günahsız qadınları və uşaqları hava zərbələri ilə öldrürürsüz. İndi islam dövlətinin intiqam zamanıdır” deyə yazdığı bildirilir.

Vaqif, Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar