Eldar Mahmudovun ölüm xəbəri yayıldı YENİLƏNİB

17-06-2016, 18:12   


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Bəzi saytlarda yer alan məlumata görə, E.Mahmudov yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib.
İddiya görə, yaxınları həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan sabiq nazir içki aludəçisinə çevrilib. Nəticədə onun ürəyi ilə bağlı problemləri yaranıb.

Nəticədə o, ürəktutmasından vəfat edib. Ona ilkin tibbi yardım göstərilsə də onu xilas etmək mümkün olmayıb.


Təcili tibbi yardım stansiyasından ANS PRESS-ə verilən məlumata görə, onlara bu barədə müraciət daxil olmayıb.

***

Sosial şəbəkələrin Azərbaycan seqmentində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Həmin xəbər ölkənin aztirajlı saytlarına istinadən verilib.

Həmin saytlarda deyilir ki, Eldar Mahmudov yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Azerinews.tv-ni bilgiləndirən mənbənin məlumatına görə, yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışırmış. İçki alüdəsinə çevrilməsi də onun ürəyində olan problemləri artırıb.

Sabiq nazirin səhətində yaranan ciddi problemlər onun qəfil ürəktutmasına yaxalanmasına səbəb olub. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilsə də onu qurtarmaq mümkün olmayıb.

Mənbə hadisənin günorta vaxtı baş verdiyini iddia edib.

Baş Prokurorluqdan “Azadlıq”a bildirilib ki, onlarda yayılan xəbərlə bağlı heç bir məlumat yoxdur. Prokurorluqdan mətbuatda yayılan informasiyanı dəqiqləşdirəcəklərini də bildiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar