“Kürdəmirdə əkilən məhsuldar qarğıdalı toxumlarının GMO olduğunu düşünürəm”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bazarda olan bəzi qarğıdalı növləti ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, son vaxtlar əsasən Kürdəmir ərazisində əkilən və öz məhsuldarlığı ilə diqqət çəkən qarğıdalıların GMO olması ehtimalı var:
“Azərbaycana qarğıdalı toxumları gətirilib ki, onlar 4 dəfə artıq məhsul verir. Əsadən Kürdəmir ərazisində əkilən bu qarğıdalıların da GMO olduğunu düşünürəm. Son vaxtlar GMO bütün dünyada, o cümlədən Azərbaycanda irəliləyir. GMO məhsulları ötən illərlə müqayisədə Azərbaycan bazarında daha çox görünür. Bu olduqca qorxulu tendensiyadır və bu tendensiyanın qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var”.