Artıq uzun müddətdir ki, yerli mətbuatda Bakının 7-ci mikrorayon ərazisində yerləşən və demək olar ki, ölkədə ən aparıcı əxlaqsızlıq yuvalarından birinə çevrilən "Clear" hotelinin Fikrət, Fəxrəddin və Aslan adlı sahibləri barədə ilginc məlumatlar yayılmaqdadır. Məlumatlara görə, adı çəkilən qardaşların keçmişi kriminal mənzərə ilə doludur. Əslində sovetlər dönəmindən bəri cinayət yolu ilə əldə edilə milyonlar bu ailəni sonda oliqarxa çevrib. Azerinews.tv-yə daxil olan məlumatlarda bildirilir ki, adı çəkilən qardaşlar və onların Sumqayıtda "Brokener İslam" ləqəbli atası vaxtilə qanunsuz Xəzər dənizində nərə balığı ovuna görə dəfələrlə həbs edilib. Bu isə ailənin atadan oğula varis qalan irsi kriminal durumda olmasından xəbər verir. Qardaşlara gəlincə isə onlar da ataları "Brokener İslam" kimi az bir zamanda Azərbaycanda ad çıxarıblar. Onlar 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayırlar və nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun (o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında qardaşlardan Fikrət və Fəxrəddin həbs olunurlar. Az müddət keçdikdən sonra isə Fikrət və Fəxrəddin qardaşları müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, qardaşların MTN-in təcridxanasından çıxmasına onların "Əlişka" ləqəbli bibisi oğlu vasitəçi olub. Buna səbəb isə "Əlişka»nın Fəxrəddinin qarşısında borclu olması göstərilir. Məlumata görə, Fəxrəddin zamanında bibisi oğlunu MTN-də yüksək vəzifəyə düzəltməkdən ötrü külli miqdarda pul verib. "Əlişka" ləqəbli MTN işçisi isə bu yaxşılığın qarşılığında Fikrət və Fəxrəddinin azadlığa çıxmasında onlara köməklik edib. Məlumatlarda bildirilir ki, Fəxrəddinin rəqqasə Sevda ilə isti münasibətləri var. Lakin bu münasibətlər sonda Fəxrəddin və Fikrət qardaşlarını biri-birilərinə düşmən edib. Hazırda küsülü olan qardaşların arasında narazılığa səbəb rəqqasə Sevdanın olduğu göstərilir. Qardaşlar arasında Sevdanın məhz Fəxrəddini seçməyinə gəlincə onun rəqqasəyə "Bentley" markalı avtomobil bağışlaması olub. Bu da qardaşlar arasında barışmaz küslülüyə səbəb olub... Bildirək ki, "Clear" hotelinin sahibləri olan qardaşlar ilə bağlı saytın elektron ünvanına çox ilginc məlumatlar daxil olub. Adının çəkilməyin istəməyən mənbə, qardaşların krişası ƏLİŞKAnın kim olduğunu, onların neçə çete yaratdıqlarını, Çovdarova hotellərlə bağlı ayda nə qədər rüşvət verilməsi və ən əsası civə qaçaqmalçılığında qardaşlarlardan başqa daha kimlərin payı olduğu ilə bağlı çox ciddi faktlar ötürüb. Bunlarla bağlı növbəti yazılarda məlumat verməyə çalışacağıq. Bizi izləyin ki, gizlədilən cinayətlərdən və kriminal aləmə əli uzanan vəzifə sahiblərinin inanılmaz əməllərindən xəbəriniz olsun... Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməya hazırıq. Araşdırmalarımız davam edir.