Ağdaşda 9 saylı seçki məntəqəsində jurnalistə xəsarət yetirildi?- YENİLƏNİR

18-06-2016, 13:03   
Ağdaşda 9 saylı seçki məntəqəsində jurnalistə xəsarət yetirildi?- YENİLƏNİR

Bu gün Ağdaş rayon 90 saylı secki dairəsindən Milli Məclisdə seckilər keçirilir.

Bir daha nəzərinizə çatdıraq ki, namizədlər Ağdaş RİH başçısının birinci müavini Cavid Osmanov və "ÜMİD" partiyasının sədri İqbal Ağazadə real namizəddir. İlkin məlumatlara görə seçki prosesi davam edir. Ağdaş rayonunda olan əməkdaşlarımızın verdiyi məlumatlara görə 9 saylı seçki məntəqəsi qanunları kobud şəkildə pozur. Belə ki, ANAXƏBƏR.az -ın xüsusi müxbiri naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Seçki məntəqələrindən video çəkilişlər və əlavə məlumtlar əldə edən kimi ixtiyarınıza veriləcək.

anaxeber.info

11:30

Bu dəqiqələrdə seçki məntəqələri ilə bağlı daha bir ilginc məlumat əldə etdik. Əməkdaşlarımızın verdiyi dəqiq məlumatlara görə, bütün məntəqələrdə xüsusi adamlar elə bir biabırçı vəziyyət yaradıblar ki, bu da seçkiyə birbaşa müdaxilə kimi qəbul edilir. Bir sözlə, səs verməyə gələn rayon sakinlərindən Cavid Osmanova səs verilməsi tələb edilir. Bunlardan əlavə seçkiyə gələn sakinlərdən ərzə alındıqdan sonra səsverməyə buraxılır. Eyni zaman da 18 yaşı tamam olmayanlar qurup halında səsverməyə dəvət edilir. Cavid Osmanovun tərəfdarları 3-4 şəxsiyyət vəsiqəsi ilə səsverməyə gələrək səs verir. Əlavə üçün bildirək ki, bir nəfər şəxs 2-3 məntəqədə səs verməyə vadar edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar