İmişlidə özbaşınalıq: Heydər Əliyev parkı və Şəhidlər Xiyabanı necə satılıb?

20-06-2016, 15:39   
İmişlidə özbaşınalıq: Heydər Əliyev parkı və Şəhidlər Xiyabanı necə satılıb?
İmişlidə Heydər Əliyevin adına əbədiləşdirilmiş parkın inkar edilməsi və parkın adının Mədəniyyət və Turizim Nazirliyinin istirahət parkı, Şəhidlər xiyabanın adını isə onun flialı qoyulması barədə ötən yazımızda anons vermişdik. Mövzunu cumhuriyyet.az olaraq davam etdirərək bildiririk ki, 19.01.2006-cı il tarixdə II № li verilən sərəncamla İmişli rayon Mərkəzi Xəstəxanasının qarşısındakı 10 hektarlıq parkın 6,5 hektarı vağzalyanı sahəyə, 2,5 hektarı isə 1941-45-ci ildə həlak olanlar üçün qoyulmuş abidə parka köçrülmüşdür. Vağzalyanı sahə cəmi bir hektara yaxın olduğundan 6,5 hektar tam olaraq H. Əliyevin adına əbədiləşdirilmiş parkı əhatə etmiş xəritə çəkilmiş, təsdiq olunmuş və H. Əliyevin heykəlinin özü belə xəritəyə salınmamışdır. 2,5 hektarı isə cəmi 1-1,5 hektar olan Qələbə parkına köçrülmüş, 54 şəhidin məzarlarına sayğısızlıq göstərilmiş onların məzarları da, o cümlədən 1941- 45- də həlak olanların heykəli xəritəyə salınmamışdır.
Mədəniyyət və Turizm Nazirinin muavinin imzası ilə məktub alınmışdır ki, guya park yararsızdır. Amma 2006-cı ildə park tam qaydasında fəaliyyət göstərmiş, müdiri və 10-15 işcisi olmuşdur. Üstəlik parkda 611 ədəd şam ağacı var idi və bir gecədə məhv edildi. Bu ona görə edildi ki, hər üç parkı satsınlar. Beləliklə, 3 hektarını Sumqayıtda iş adamı Aslan Manafova, 2,5 hektarı “Elçin” şadlıq sarayının sahibi Laçın Rəhmanova, 3 hektarı isə “Messanat Holdinq”, “Viləş” MMC-nin sahibi keçmiş tədarükçü Tofiq İsayevə satıldı. Bu azmış kimi 6,5 hektarlıq sahədən 2,0 hektara yaxın sahə Tofiq İsayevə satıldı. Tofiq İsayev Heydər Əliyev parkında olan keçmiş dəmir yolu Mədəniyyət evini su qiymətinə özəlləşdirmişdi. Rayon icra hakimiyyətinə rəsmi məktub yazaraq tarixi abidə olan binanın rekonstruksiya və təmir edilməsinə icazə alan bu şəxs Mədəniyyət evini tam sökərək yerində şadlıq sarayı tikdirdi, şadlıq sarayının 30 0/0 – i Gənclər Mərkəzi kimi göstərildi və hətta prezidenti aldadaraq Gənclər Məkəzinin parka baxan hissəsindən lenti kəsdirdilər. Onun 10 metrliyində isə 8 mərtəbəli otel tikintisi başladıldı ki, üzərinə helikopter düşəcəkmiş. Otelin 1-ci mərtəbəsi hörülüb, 2 ildir ki, tikinti dayanıb. Səbəb isə rayondan gedən çoxsaylı şikayətlər olub. Necə olur ki, H. Əliyevə dildə umummili lider de, abidəsinin qabağında sifətinə süni qəmginlik ver, amma onun adına olan parkı qanuni şəkildə özəlləşdir çayxanaya, şadlıq sarayına, otelə çevir. Nə dərəcədə hörmət və ehtiramdır?
Beləliklə hal-hazırda Şadlıq sarayının və Gənclər Mərkəzinin sərəncamı yoxdur. Texniki sənədələri tam olmayan binadan istifadə olunması və gələcək fəsadlarının kimlərin üzərində qalacağı məlum deyil. Bundan xəbərləri olan ziyalılar H.Əliyevin abidəsi önünə və şəhidlərin anım mərasimlərində onların məzarları üstünə gül qoyarkən xəcalət çəkir, bu işi görənlər isə heç tüklərini belə qırpmırlar. Utanmaq əvvəzinə gülüşürlər. Yalandan üzlərinə qəmgin ifadə verib, əyilir, aralanan kimi bir-birinə göz vururlar . Diqqətli oxucu, düz II ildir ki, mən və digər ziyalılar nazir və komitə sədrlərinə müraciətlər şikayətlər etmişik ki, Heydər Əliyevin adına əbədiləşdirilmiş park bərpa olunsun, amma heç biri cavab verməmişlər. Yazışmamın 9-cu ilində şikayətlərdən bezən Qərib Məmmədov parkların bərpa olunması üçün iddia ərizəsi ilə Şirvan İnzibati- İqdisadi məhkəməsində iddia qaldırdı. Hakim Müşfiq Həsənov oliqarxların xeyrinə işləyərək qərardad çıxardı və sənədlər H.Əliyevin və Şəhidlər Xiyabanın adları məhkəmə qərardadı ilə ləğv olundu. Əlbəttə hakimi qınamaq olmaz. Çünkü araşdırmada sənədləri yerində araşdırmadı. Bilsəydi parklar H.Əliyevin adına, Şəhidlər Xiyabanın adlarınadır, bu qərardadı çıxarmazdı. Qərardadı əsaslandırıb ki, Xəritə- çəkmə və Torpaq Komitəsi ləğv edilib, varis Əmlak Məsələləri üzrə Dövlət Komitəsi çağrılsa da məhkəmədə iştirak etməkdən imtina ediblər. Beləliklə Azərbaycanda yeganə rayon olaraq İmişli H. Əliyevin və Şəhidlərin ruhuna xələl gətirib sayğısızlıq göstərib, nəfs güc gəlib, tarixə qara ləkə kimi düşüb.
Mərkəzi rayon Xəstəxanası qarşısındakı parkı isə sumqayıtlı iş adamı Aslan Manafov özələşdirib ki, 3 hektar ərazini 3 metr hündürlüyündə hasarladıb, hasarlara aqlay çəkilib torpağın sotunu isə 3000 manatdan satışa çıxarıb. Bir çox sakinlər artıq park ərazisində ev tikintisi başladıblar. Başçı V.Hacıyev həm H. Əliyev parkındakı, həm də MRX qarşısındakı tikintiləri dayandırtırıb. A.Manafovun rayona gəlişinə qadağa qoyulub. Eyni zamanda Sumqayıta İH başçısı təyin olunan Zakir Fərəcovun işə başlaması ərəfəsində A.Manafov Sumqayıtdan da qaçıb. Onun qardaşını Arif Aslanovu Z.Fərəcov sui-qəsdə görə həbs etdirmişdi, həbsxanada öldü. A.Manafov varidatını itirməyə başlayıb. Azəri milyarderlər bu xalqdan qurbağadan iyrənən kimi iyrənir. Onların çoxu V.Hacıyevin İmişlidən getməsini gözləyir. Elə bilirlər ki, gələn şəxs V.Hacıyevdən yaxşı olacaq, onların adamı olacaq. V.Hacıyev aşağı təbəqə ilə səmimi varlılarla sərtdir. Idarə etməni sərrast bacaran,erudisiyalı, digər başçılarla müqayisə edilməyəcək qədər işgüzardır. Daş qayaya rast gəlib. “Ver Allahım, ver” deyən Şaban kimi özlərinə təsəlli verirlər ki, V.Hacıyev dəyişiləcək. Arada muxalifəti də söyürlər ki, niyə inqilabı başlatmırlar. Bulanıq suda balıq tutmaq asandır. Eləcə də İmişlidə olan Melorasiya və su təsərufat idarəsinin 5 idarə rəisi 40 ildir ki, çapıb talayırlar. Əmir adlı keçmiş “Platina” rəisi bunlardan kömək istəyib, ona deyiblər ki, sələmdəyik. Başçı bizi dolanmağa qoymur. Amma onları oğru deyə şantaj edən birisinə qorxularından pul ödəyirlər. Əmir kişi isə bu gün 5 gündür ki, dünyasını dəyişib. Allah rəhmət eləsin. Kim super sırtıqdırsa, kim oğrudursa, kim super həyasızdırsa zaman onundur. Abırlı adamların isə yeri bu ölkədə yoxdur. Kimin pulu çoxdursa varı arxası varsa firavan həyat sürür.
İmişli meri Məmi Atakişiyevin əmtəəsiz mal-mübadilələri və digər keçmiş və indiki əməlləri barədə növbəti yazılarımızda. Nəyə görə 15 il evdə oturdulub, necə olub ki, 15 ildən sonra şəhər meri və yaxınlarını vəzifələrə yerləşdirə bilib?
Davud Zülfüqarov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar