Sərkisyan Qarabağa görə Putinə minnətdarlıq elədi – Peterburq danışıqları başladı

20-06-2016, 16:42   
Sərkisyan Qarabağa görə Putinə minnətdarlıq elədi – Peterburq danışıqları başladı
Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqda prezidentlərin Qarabağa sammiti başlayıb. Musavat.com-un məlumatına görə, əvvəlcə Rusiya və Ermənistan prezidentləri bir araya gəliblər.

Serj Sərkisyan Qarabağ məsələsində diqqət və səylərinə görə, prezident Vladimir Putinə minnətdarlıq edib.

“Qarabağa dair bizim mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, problem müstəsna olaraq sülh yolu ilə həllini tapsın. Əfsus ki, yalnız bir tərəfin istəyi ilə belə konfliktlər yoluna qoyulmur. Gözəl olardı ki, biz öncə əldə olunan anlaşmalar əsasında bu gün qabağa gedə biləydik” – Sərkisyan deyib.

Daha sonra Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Yekunda isə ölkə başçılarının üçtərəfli görüşü olacaq.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar