Erməni politiloqları Azərbaycan ordusunun hərbi təlimlərini şantaj sayırlar

20-06-2016, 17:36   
Erməni politiloqları Azərbaycan ordusunun hərbi təlimlərini şantaj sayırlar
Ermənilər bu məsələdə Azərbaycanın Rusiya ilə əlbir olduğunu düşünürlər
Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu 25 min şəxsi heyət, 300 tank və 100 artilleriya qurğusunun iştirakı ilə Naxçıvanda hərbi təlimlərə başlayıb.

Azərbaycan tərəfinin Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü gedişində bu demarşı düşmən mətbuatında və analitikləri arasında geniş müzakirəyə səbəb olub.

Musavat.com Rusiya və Ermənistan saytarına istinadən erməni politiloqlarının məsələ ilə bağlı fikirlərini oxucularımıza çatdırır.

Prezidentlərin Sankt-Peterburq görüşü ətrafında “çox danışıq” gedir və aydın görünür ki, burda nəsə uyğun gəlmir” deyə Erməni milli və strateji araşdırmalar mərkəzinin rəhbəri Manvel Sarkisyan bilidirib.

Onun fikirncə, Azərbaycan İlham Əliyev Almaniyada olarkən, Angela Merkelin də dəstəyi ilə görüşün formatını dəyişmək istəyib. Xatırladaq ki, Merkel münaqişənin həllində Rusiyanın açar rol oynadığını irəli sürüb. Azərbaycanın Rusiyanı önə çəkib ATƏT-i proseslərdən kənarlaşdırmaq planlarına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri (Ceyms Uorlik-red.) orada iştirak edəcəyi bəyanatı mane olub”.

“Yəqin ki Azərbaycan Rusya ilə danışıqların predmetini dəyişmək barədə danışıbmış. Lakin ATƏT-in danışıqların nəticəsi barədə heç kimin məsuliyyət götürməyəcəyi barədə bəyanatdan sonra bu plan pozulub. Daha sonra Rusiya Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova Putinin hər hansı bir gizli planının olmadığını deyib. ATƏT-in həmsədri Ceyms Uorlik isə sərhədlərdə insidentlərin araşdırılamsı mezanizminin yerləşdirilməsi barədə gedən müzakirələrdə iştirak edəcəyini bilidirb” deyə erməni poltiloq müsahibəsində bildirib.

“Bu səbəbədən Bakıya yeni güc nümayişi göstərmək lazım idi və o Naxçıvanda irimiqyaslı hərbi təlimlərə başlayıb”, - erməni politoloq belə düşünür.

Erməni politoloq Azərbaycanı hərbi təlimlərə sövq etdirən səbəblərdən birinin də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycanla hərbi-texniki əməkdaşlığı davam etdirəcəkləri barədə bəyanatın olduğunu düşünür.

“Sarkisyan isə hesab edir ki, Azərbaycan konflikt bölgəsində insidentlərin araşdırılmaıs mexanizminin tətbiqi mövzusunu gündəlikdən çıxarmaq istəyir” deyə erməni politoloq fikirlərini çatdırıb.

“Azərbaycanın hərbi təlimlərə başlaması Ermənistana müharibəyə başlamaq hədəsi ilə təzyiqdən başqa bir şey deyil” deyə politoloq Styopa Safaryan bildirir.

ATƏT-in ABŞ və Fransa həmsədrlərinin sərhəddə insidentlərin araşdırılması mexanizmlərinin araşdıırlması mexanizminin tətbiq edilməsi tələblərini görən Azərbaycan başa düşmək istəyir ki, Rusiya onu əvvəlki qaydalarla oynamağa icazə verəcəkmi” deyə erməni politoloq bildirir.

Sərhddə situasiyanın eskalasiyasi (gərginləşməsi-red.) Azərbaycana NATO sammiti öncəsi çox lazımdır. Bakı NATO-nun Qarabağ məsələsinə özünə sərf edən reaksiyasını görmək istəyir” deyə Safaryan yazır.

NATO sammiti ərəfəsində hərbi eskalasiya risqi olduqca böyükdür. Azərbaycanın bu oyunu həm də Rusiyaya qarşıdır. Azərbaycan ikili oyun oynamağa cəhd edir: bir tərəfdən Vyana sazişlərinin gerçəkləşdirilməsinə izn verməyən Rusiya ilə, bir tərəfdən də Qarabağda situasiyanın gərginləşməsi fonunda məsələni NATO sammitinə çıxara biləcək Türkiyə ilə. Azərbaycan hamı ilə oynayır, amma həm də hamıya qarşı oynayır” deyə Safaryan əlavə edib.

Azərbaycan hərbi əməliyyatlara başlasa Dağlq Qarabağın müstəqilliyinin tanınması prosesi sürətlənə bilər”, - deyə o fikrini yekunlaşdırıb.

Digər erməni politoloq Ruben Mehrabyan Azərbaycan və Rusiyanın Vyana razılaşmalarından imtina etmək istədiklərini söyləyib.

“Qarabağ münaqişəsi bölgəsində Azərbaycan Silahlı qüvvvələrinin təlimləri həm Ermənistana, həm də ATƏT-in həmsədrlərinə mesajdır”, - deyə o bilidirib.

“Bu mesaj təkcə Azərbaycandan deyil, həm də Rusiyadan gəlib”, - deyə davam edən Mehrabyan Rusiyanın Azərbaycana satdığı T-90 tankları xatıradır.

“Rusiya bu yolla münaqişəni Moskvanın meydanına çəkmək istəyir. Lakin ABŞ həmsədri Ceyms Uorlikin iştirak etmək barədə bəyanatı hər kəs üçün soyuq duş effekti yaradıb” deyə erməni politoloq söyləyib.

Mehrabyan Sərkisyanın “Azərbaycanın istədiyi gündəliyi” daşıyan Peterburq görüşünə Rusyanın təzyiqi ilə getdiyini düşünür.

Onun fikrincə bu təzyiqin əsas rıçaqı silah tədarüküdür. “Ermənistanın Rusiyadan 200 milyon dollar məbləğində alması düşündüyü silahlara nə olduğu bu vaxta qədər aydın deyil” deyə politoloq söyləyib.

Mehrabyanın fikrincə, Rusiya İrəvana təzyiq yolu ilə vahid hava müdafiə sistemi haqqında saziş imzalamaqla Ermənistanın hava məkanını da ələ keçirməyə cəhd edir.

“Belə olan halda Ermənistan əgər masanın üstündə Vyana razılaşmaları olmasa danışıqlardan imtina etməlidir” deyə Mehrabyan davam edir.

Mehrabyan Ermənistanın xarici, təhlükəsizlik, enerji siyasətində diversifikasiyalaşdırmanın (çeşidləmənin, yəni eyni qütblü siyasətdən vaz keçməsi-red.) vaxtının gəlib çatdığını düşünür.

Mehrabyan prezidentlərin görüşü fonunda və hərbi təlimlərin gedişində Azərbaycan tərəfdən gələcək yeni eskalasiyanın olduqca böyük siyasi risq daşıdığını bu səbəbdən Azərbaycanın buna getməyəcəyini düşündüyünü bildirib.

Altay
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar