Evdən qaçan iki uşaq anasının həyat yoldaşı - "İyirmi kişiylə intim..."

20-06-2016, 19:30   
Evdən qaçan iki uşaq anasının həyat yoldaşı - "İyirmi kişiylə intim..."

Evdən qaçan iki uşaq anasının həyat yoldaşıMəlum olduğu kimi, Samux rayonu Qarayeri qəsəbə sakini Rüstəmova Səmayə Əvəz qızı bir neçə gündür evdən qaçıb. Buna səbəb isə həyat yoldaşı Əhməd Ağayevin (ad şərtidir-red.) onun gizlin telefon işlətdiyini öyrənməsidir

Politika.Az bildirir ki, ölkə.az S.Rüstəmovanın həyat yoldaşı Əhməd Ağayevi çətinliklə də olsa, tapa bilib.

- Həyat yoldaşınız evdən nə vaxt qaçıb, uşaqları da özüylə götürübmü, yoxsa tək gedib?

- İyunun 13-də uşaqları da götürüb gedib.

- Harada olduğundan xəbəriniz var?

- Atası anasından boşanıb, anası Bakıdadır. Anası deyir ki, Bakıdadır, amma harada olduğunu bilmirəm.

- Övladlarınızın neçə yaşı var?

- Birinin altı, digərinin üç yaşı var.

- Övladlarınıza görə harasa müraciət etmək fikriniz var?

- Samux polisinə müraciət etmişəm.

- Sizin neçə yaşınız var?

- 31.

- Bəs qadının?

- 24.

- Neçə ildir ailəlisiniz?

- Yeddi ildir.

- İlk dəfədir belə bir hadisə olur, yoxsa əvvəl də olub?

- İlk dəfədir, əvvəl narazılığımız olmayıb.

- Davanız olmuşdu?

- Səbəb odur ki, telefon tutdum, mesajları oxudum. Yazırdılar ki, yoldaşından boşan, səni saxlayacağam.

- İndi həmin telefon sizdədir?

- Xeyr, polisdədir.

- İntim xarakterli mesajlar idi?

- Bəli, var idi. Biri deyir gəl səni saxlayım... Ər arvadına yazmayacaq şeylər yazmışdılar.

- Fotolar da göndərmişdilər?

- Sadə telefondur, şəkil çəkmir. Mesajlar və zənglərdir.

- Sizcə mesajlaşdığı şəxslərlə başqa münasibəti də olub?

- Onu deyə bilmərəm.

- Siz özünüz nə işlə məşğulsunuz?

- Fəhləyəm.

- Bəs qadın?

- O işləmirdi, fəhləliklə ailəmi dolandırırdım.

- Əvvəldən qohum olmusunuz?

- Xeyr, qohumum deyildi, kəndçimiz idi.

- Sizə qarşı münasibətinin soyuq olduğunu hiss etmişdiniz?

- Axır vaxtlar deyirdi ki, gəl boşanaq, mən gedim. Bu sözü tez-tez deyirdi. Bakıya getmək istəyirdi.

- Telefonu tutandan sonra onu vurdunuz?

- Yox, istədi əlimdən alsın, götürdüm qaçdım, çata bilmədi. Amma vurmadım.

- Hadisədən sonra yaxınlarıyla danışmısınız?

- Atasına da dedik, anasına da zəng elədik. Nəsillərində hamı bilir ki, telefon tutulduğu üçün qaçıb. Atası dedi ki, buralarda onu tutsam, maşının dalına qoşub sürüyəcəyəm. Ona görə də qaçdı.

- Son zamanlar geyim-keçimində, davranışlarında dəyişiklik hiss edirdiniz?

- Əvvəl normal idi, sonradan nə deyirdimsə, etiraz edirdi. Deyirdim filan yerə getmə, deyirdi, gedəcəyəm, xoşun gəlmir, boşan.

- Övladlarınızı həyat yoldaşınızdan almaq fikriniz var?

- Əlbəttə, övladlarıma sahib çıxıram. Amma onunla barışmaq söhbəti ola bilməz. Mümkün deyil.

- Telefonda bir adamla yazışırmış?

- Polis də baxdı, dedi ki, bu, iyirmi nəfərlə yazışıb, mesajları var. Mesajlarda intim söhbətlər var idi.

- Son olaraq, uşaqlarınızın anasına nə sözünüz varsa, buyurun.

- Nə sözüm olacaq? Haram olsun ona.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar