ATV telekanalında “Azərbaycanın səsi” yarışmasının növbəti turuna qeydiyyat başlayıb. Bu yarışmaya qatılmaq istəyənlər hər bir şəxs layihə rəhbərinə 300 AZN ödəyir. Əməkdaşımızın suallarını cavablandıran layihənin təşkilatçısı “SMAYL Media” Şirkətinin əməkdaşı Ramin Fətullayev faktı təsdiqləyib: “Bəli, layihənin kastinqində iştirak etmək istəyən böyüklərin hər biri əvvəlcədən 300 manat, uşaqlar isə 150 manat ödəyirlər”. Onun sözlərinə görə alınan pulun müqabilində çek də verilir: “Bütün layihə boyunca efirə çıxanda müsabiqə iştirakçısından bu məbləğdən başqa daha heç kim pul istəməyəcək. Nə münsüflər onlardan pul alacaq, nə də biz. Münsif onu hazırlaşdıracaq. Bunda başqa onların səhnə üçün makiyajı, saç düzümü tərəfimizdən pulsuz ediləcək” , – deyə o bildirib.
Ramin Fətullayev qeyd edib ki, məbləğin əvvəlcdən alınması müsabiqə iştirakçısında, sadəcə, məsuliyyətin olması üçündür: “Kastinqlərdən müsabiqəyə keçməyənlərin hər birinin ödənişi geri qaytarılır. AzTV-də aparılan eyni adlı müsabiqədə iştirakçılardan pul alınmır. Çünki orada həmin məbləği dövlət ödəyir. Biz isə hər şey üçün ATV-yə pul ödəyirik. Ona görə də müsabiqə iştirakçılarından pul alırıq”-, deyə o bildirib.
Qeyd edək ki, “Azərbaycanın Səsi” yarışması 3 ildir ki, ATV-dən yayımlanır. Bu yarışmanın həyata keçirilməsində bir sıra ünlü vijazist və makiyaj ustalarının çalışdığı salon və studiyaların sponsor qismində cəlb edilir. O zaman belə bir sual yaranır. ATV qrım və makıyaj üçün də müsabiqə iştirakçılarından pul alırsa, bəs verilişə cəlb edilən sponsorlar nə üçündür?
Xatırladaq ki,Bu yarışmanın qalibi “Türkvision”da Azərbaycanı təmsil edəcək. Eyniadlı layihə AzTV-də pulsuz həyata keçirilir. (Gununsesi.info)