Lerikin icra başçısından daha bir biabırçı addım - Leriklilərin kitab nəyinə lazımdır ki?

21-06-2016, 14:10   

Lerik rayon rəhbərliyi kəndləri tamamilə unudub. İcra başçısı Rövşən Bağırovun başı Lerikdəki istirahət mərkəzlərindən yay mövsümündə haqq yığmağa qarışıb.

TİA.AZ-a verilən məlumata görə, bunun nəticəsində kəndlər baxımsız vəziyyətdə qalıb. Elə Lerikin Veri kəndində yerləşən kitabxananın halı Lerik rayon İcra Hakimiyyətinin mədəniyyət mərkəzlərinə münasibətinin faktiki nümunəsi kimi qiymətləndirilməlidir.

Bu kitabxananın fotosu sosial şəbəkələrdə yayılıb. Fransada keçirilən futbol üzrə Avropa Çempionatına milyoinlar yatıran məmurlar Lerikin kənd kitabxanasını heç yada salmır.

Yerli sakinlər isə şikayətlənir ki, bunu heç olmasa Lerik rəhbərliyi etməlidir. R.Bağırovun laqeydliyi sayəsində kitabxana mal-qara saxlanan yerə çevrilib. Əgər kitab, təhsil, mütaliə məntəqəsi mal-heyvan yeridirsə, deməli Lerik icra başçısının təhsilə verdiyi qiymət bundan ibarətdir. Tövlədə kitabxana isə yalnız R.Bağırovun idarəçiliyi dövründə mümkündür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar