Türkiyənin Adana şəhərində Sabancı Mərkəz məscidində cümə namazı vaxtı din xadiminin əlindəki mikrofonu alaraq üzərində bomba olduğunu və özünü partladacağını deyən şəxs zərərsizləşdirilib.
“AzPolitika”nın məlumatına görə, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilən şəxs polis bölməsinə aparılarkən məscidin çıxışında insanların hücumuna məruz qalıb.
Diyarbəkirdən olan Mahmud Kılıcarslan polis mərkəzinə aparılıb. Zərərsizləşdirilən şəxsin üzərindən əldə düzəldilmiş boru tipli bomba çıxıb.
[media=https://www.youtube.com/watch?v=wq-rg-lsfXs]