Cəlilabadın müalicəvi diaqnostika mərkəzində növbəti xəstə ölümü

4-07-2016, 18:44   
Cəlilabadın müalicəvi diaqnostika mərkəzində növbəti xəstə ölümü
Aldığımız məlumata görə dünən günorta saatlarında Cəlilabadın Müalicəvi Diaqnostika Mərkəzində rayonun Həziabad kəndindən olan yaşlı bir kişinin üzərində cərrahiyə əməliyyatı aparıblar

Sonra xəstə palataya köçürülüb. Bu gün səhər tezdən iş vaxtı palataya daxil olarkən dünən əməliyyat olunmuş xəstənin keçindiyini aşkar ediblər. Xəstənin nə vaxt keçindiyini bilən olmayıb. Həkimsizlikdən, biganəlikdən, dərmansızlıqdan, xidmətin olmamağından xəstə həyatı ilə vidalaşıb.

Baş həkim Eldar Hacıyev vəfat etmiş xəstənin meyidini təcili evlərinə göndərib. Sonra özü də bir-iki nəfər tanışını götürərək vəfat etmiş xəstənin evinə gediblər. Vəfat etmiş insanın yaxınlarından xahiş edib yalvarıb ki, deyərsiniz ki, əməliyyatdan sonra siz özünüz öz istəyinizlə xəstəni evinizə aparmısınız və xəstə evdə keçinib. Bunun müqabilində Baş həkim Eldar Hacıyev mərhumun yaxınlarına yas məclisinin bütün xərclərini öz üzərinə götürəcəyini deyib və mərhumun yaxınlarına nə vəd veribsə mərhumun yaxınlarını razı salmağı bacarıb.

Bununla da Baş Həkim Eldar Hacıyev məsələni ört – basdır etdiyini, vicdanı qarşısında təmizə çıxdığını, cinayətdən yaxa qurtardığını sanıb.(big.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar