Mübariz Mənsimov məmurların üstünə yeridi BİZİM SÖZARDI

4-07-2016, 22:46   
Mübariz Mənsimov məmurların üstünə yeridi BİZİM SÖZARDI
Mübariz Mənsimov xalqa xitab edib. Virtualaz.org və haqqin.az-da dərc olunmuş analitik yazılardan birində əksini tapmış iddialara cavab verməyə cəhd edərək, hardasa türk dilini xatırladan və Azərbaycan dilinə yaxın tərzdə rus dilində, Viktor Stepanoviçin ruhunda, özünəməxsus anlaşılmaz üslubda. M.Mənsimovun çətin anlaşılan danışıq tərzini bir kənara qoyaq, halbuki bu da əhəmiyyətli amildir — Azırbaycan ictimaiyyəti başa düşə bilmədi ki, Mübariz Mənsimov ona nə demək istəyirdi. Azərbaycandakı vəziyyətlə bağlı səs-küylü bəyanatlarla gözlənilməz zühur bəs nə ilə bağlı idi? Doğrudanmı, hörmətli oliqarxın özünün də dediyi kimi, saytlardan birində getmiş yazı ona belə təsir edib ki, qəlb rahatlığını pozub və o da axıradək içilməmiş qızılı türk qəhvəsi fincanında fırtına yaratmaq qərarına gəlib?



Bir yazı ilə əsəbiləşmiş və sınmış M.Mənsimov oxucularımıza hansı əsas fikrini çatdırmaq istəyirdi?

Oliqarx əmindir ki, onu sifariş veriblər. Və həmçinin Azərbaycan saytlarında dərc edilən məlumatlar (ədalət naminə bildirək ki, Mübariz Mənsimov haqda materiallarda Azərbaycan KİV Türkiyə, Rusiya, İspaniya, Britaniya, Malta və digər ölkələrin mediasında yer almış səs-küylü yazılara istinad edirdilər) Azərbaycanın məmur aparatının bilərəkdən yaydığı qərəzli fikirlərdir.

Oliqarx hər vəchlə, cilddən cildə girərək «Palmali» holdinqindəki problemlər barədə məlumatı təkzib etməyə çalışırdı. Göydən əlinə düşmüş fürsəti fövtə verməyən oliqarx məmur aparatına meydan oxumağı da yaddan çıxarmadı. İlk dəfə olaraq oliqarx bəzi dünya kütləvi informasiya vasitələrini hökumət məmurlarının üstünə qaldıracağı ilə hədələdi.

İndi isə ittihamların məğzi barədə. Haqqin.az və virtualaz.org nədən yazmışdılar?

Düşündürücü məlumat. Hələ 2015-ci ilin sentyabr ayında, iki fövqəldövlətin prezidentləri Barak Obama ilə Vladimir Putinin görüşü öncəsi nüfuzlu Rusiya nəşri olan «Novaya qazeta» iki liderin görüşünün gündəliyi barədə sensasiya doğurmuş məlumat yaydı. Bizim diqqətimizi daha çox cəlb edən o oldu ki, Putinlə Obama beynəlxalq terrorçuluq və İŞİD-lə mübarizə çərçivəsində terrorçuların nəzarət etdiyi ərazilərdən Türkiyənin Ceyhan limanına neftin daxil olması problemini müzakirə edəcəklər.



«Novaya qazeta» və onun ardınca daha bir Qərb KİV eyni zamanda milyarder Mübariz Mənsimova məxsus olan «Palmali Shipping & Agency JSC» şirkəti tərəfindən icarəyə götürülmüş tankerlərdən danışmağa başladılar. İndi sualımız Mübariz Mənsimovadır — məgər Obama ilə Putinin görüşünün gündəliyini Azərbaycan məmurları formalaşdırırlar? Bu nə sərsəmləmədir?

Qərb mətbuatında, ələlxüsus «Malta İndependent»də dərc olunanlara (http://www.independent.com.mt/articles/2015-12-13/local-news/Maltese-ships-owned-by-Turkish-president-s-son-being-implicated-in-ISIS-oil-trade-6736150377) aydınlıq gətirmək əvəzinə, Mübariz Mənsimov əsəbdən əsən çənəsi ilə ağzı köpüklənərək ölkə məmurlarının üstünə cumur, hansı ki, onların beynəlxalq vəziyyətin gündəliyinin formalaşdırılmasındakı rolu Mənsimovun ABŞ-dakı prezident seçkilərindəki rolu qədərdir.

Artıq üç ildir ki, Rusiyanın və Qərbin kütləvi informasiya vasitələri davamlı və məqsədyönlü olaraq, xüsusi xidmət orqanlarındakı mənbələrə istinad edərək, «Economist» və «Reuters»in məlumatına görə, Mosuldakı neft kəmərini, 13 neft yatağını və bir neçə neft emalı zavodunu nəzarətində saxlayan İŞİD birləşmələri ilə M.Mənsimovun əlaqələrindən yazırlar.

Mənsimov bu ittihamlara sükutla cavab verir. O, Qərb məhkəmələrinə müraciət etmir, təkzib tələb etmir, inkaredici bəyanatlarla çıxış etmir.

Və yüzlərlə dəfə Qərb mətbuatında dərc olunmuş məlumat Azərbaycan saytında işıq üzü görən kimi M.Mənsimov zəncirdən qırılmış kimi mifik məmurlardan şərəf və ləyaqətinin qorunmasını istəyir.



Özümüzə rəva bilib Mənsimovdam soruşuruq — əgər Qərb mətbuatının Qərb xüsusi xidmət orqanlarına istinadən yaydığı, onun İŞİD-lə əməkdaşlığı barədə məlumat əsassızdırsa, bu KİV-ə türk oliqarxını kim sifariş edib? Nəyə görə bu barədə səsini çıxarmayan Mənsimov Yaxın Şərqdə heç bir maraqları olmayan Cənubi Qafqaz dövlətində cadugər ovuna çıxıb? Məntiqiniz hardadır, cənab milyarder? Doğrudanmı, milyardları belə kasıb intellektual qabiliyyətlə ələ keçirməyi bacarmısınız? Bəlkə sizin adi Rusiya göyərtəsindən çıxmış dənizçi olmadığınızı, sadəcə aparıcı Rusiya biznesinin maraqlar qrupunun dekorasiya layihəsi — süni bir fiqur olduğunuzu iddia edən rusiyalı jurnalistlər haqlıdırlar? Böyük Rusiya, sizi yaratdığı kimi, indi də məhv edir. Belə məntiq sahibi bu qədər milyardları qazana bilməzdi. İnanmıram!

Bəlkə Azərbaycan televiziyası vasitəsilə Azərbaycan məmur sinfinə bu hücumu da sadəcə olaraq sifariş veriblər? Yaxud xahiş ediblər? Axı Mübariz Mənsimov jurnalistin Azərbaycanın baş nazirinin keçmiş müavini barədə sualını açıq-aşkar diqqətdən kənarda saxlayaraq qısaca cavab verdi: «Nə deyə bilərəm, o, baş nazirin müavini olub».

Doğrudanmı, Mənsimov A.Abbasova Bakıda təşkil olunmuş autodafedən xəbərsdizdir? Bu təcridolunmanın səbəb və motivlərini bilmir?



M.Mənsimov Azərbaycanın məmur sinfini mənəvi dəyərlərinin və prinsiplərinin olmamasında ittiham edir. Biz məmuların vəkili deyilik, onlar özləri də öz yerlərinə cavab verə bilərlər. Sadəcə olaraq, M.Mənsimovun yadına qanlı cəllad Eldar Mahmudovun qruplaşması ilə dostluğunu və siyasi müttəfiqliyini salırıq. Bu iki oliqarxın qarşılıqlı simpatiyası o qədər güclü və sərhədsiz idi ki, bir vaxtlar onlar maliyyələrini və siyasi resurslarını vahid klanda birləşdirmək qərarı vermişdilər. Azərbaycanı bu qədər sevdiyini bildirən, korrupsiya və inhisarçılığı qınayan, müstəqil biznes mühitinin inkişafına səsləyən M.Mənsimov doğrudanmı məhz Mahmudovun sahibkarlar sinfini dağıtdığını, kiçik Azərbaycanın bütün işgüzar aləmini qanlı savaşa sürüklədiyini bilmirdi? Bundan sonra o, Azərbaycan biznesinin cəlladına əl uzadırdı? Bundan sonra Mənsimov Azərbaycanda kimisə ittiham etməyə özünü haqlı bilir?

Yeri gəlmişkən, inhisarçılıq haqqında. Məlumunuz olsun ki, Mənsimov heç vaxt Azərbaycanda işləməyəcək, çünki burada hərə özü üçün bir inhisarçı sahə yaradıbmış. Fəqət hirsli başla deyilmiş bu kəlmələrlə eyni zamanda Mənsimov böyük xətaya yol verib. Axı Azərbaycanda ən böyük inhisarçılardan biri elə Mənsimovun özüdür! Məhz onun və yalnız onun tankerləri Azərbaycan neftinin daşınması ilə məşğul olur. Rusiya göyərtəsindən düşmüş kasıb dənizçi şöhrəti dalınca qaçan, yalanlarının sayı-hesabı olmayan oliqarx-milyarder həyatının əsas epizodunu unudub!



Nəhayət, elə həmin müsahibədə Mənsimov açıq bəyan edir ki, onun şirkətinin maliyyə problemləri yaranıb. Bunu dünyadakı böhranla bağlayıb. Bütün dünyada və şirkətlərdə problemlər bu böhranla əlaqədardır. Məgər yazımızda biz bunun əksini iddia edirdik? Bildirirdik ki, Mənsimovun şirkətindəki kollaps dünya iqtisadi böhranı ilə bağlı deyil?

Və sonda. Özünün həm forma, həm də məzmununa görə biabırçı müsahibəsində M.Mənsimov dünya kütləvi informasiya vasitələrində sərhədsiz imkanlarına eyham vurub. Guya həmin imkanlarını Azərbaycan məmurları ilə mübarizəyə yönəldəcəkmiş.

Bir sual da biz verək — artıq neçə ildir ki, bəzi Qərb kütləvi informasiya vasitələri oliqarx M.Mənsimovun sədaqət hissi bəslədiyi və ehtiram etdiyi prezident İlham Əliyevə qarşı amansız və qərəzli kampaniya aparırlar. Bəs nəyə görə oliqarx imkanlarının yüzdə birini belə bu sifarişli qərəzə qarşı istifadə etməyib? Axı onun həmin KİV-də sərhədsiz imkanları var?! Mənsimov, cavab verəcəksiniz? Nəsə səsiniz gəlmir...

Yusif Əliyev

virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar