Akif Çovdarovun FTX qorxusu - Sabiq MTN generalı Pyatiqorsk bazarından necə qovuldu?

5-07-2016, 11:55   
Akif Çovdarovun FTX qorxusu - Sabiq MTN generalı Pyatiqorsk bazarından necə qovuldu?
Sabiq MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovla bağlı olduqca maraqlı informasiya daxil olub

Özəl mənbədən daxil olan məlumata görə, sadəcə ölkə daxilində deyil, ölkədən kənarda da azərbaycanlı iş adamlarının “ov”unu həyata keçirən Eldar Mahmudovun cinayətkar dəstəsi bu məqsədlə Rusiyanın bir çox regionlarına qədər gedib çıxıb.

Lakin A.Çovdarovun rəhbərlik etdiyi “sahibkar ovu” əməliyyatı Pyatiqorskda uğursuzluğa düçar olub:

“Pyatiqorsk bazarının sahibi əslən yəhudi olan Rusiya vətəndaşı olsa da, bazarın idarəçiliyi azərbaycanlı şəxs tərəfindən həyata keçirilir. Azərbaycanla da əlaqəsini kəsməyən və ara-sıra vətəninə gəlib-gedən bu şəxsin Pyatiqorsk bazarında idarəçilik səlahiyyətinə malik olduğunu öyrənən E.Mahmudov komandası

A.Çovdarov və daha bir MTN generalının rəhbərliyi ilə Pyatiqorskda zühur edir. Bazar rəhbərliyi ilə görüşən A.Çovdarov iddia edir ki, bundan sonra bazarın əldə etdiyi gəlirin bəlli bir hissəsinə MTN-nin xeyrinə əl qoyulacaq. A.Çovdarovun iddiasını rədd edən azərbaycanlı iş adamı bazarın Azərbaycanla heç bir əlaqəsi olmadığını, Rusiyada yerləşdiyi, bu dövlətin qanunları ilə idarə edildiyi və Rusiyanın dövlət büdcəsinə pul köçürdüklərini bildirib. Lakin A.Çovdarovun öz istəyində təkid etdiyini görən Pyatiqorsk bazarının idarəçiliyini həyata keçirən azərbaycanlı iş adamı bazarın yəhudi sahibi ilə telefon əlaqəsi saxlayaraq baş verənlərlə bağlı onu məlumatlandırıb.

Azərbaycanlı generalların özbaşınalığından hiddətlənən bazar sahibi A.Çovdarov və onun ətrafından dərhal bazarı tərk etməyi tələb edib və bildirib ki, əgər onlar bu dəqiqə bazar ərazisini tərk etməsələr Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olunacaqlar. Vəziyyətin kritik olduğunu və bazarı tərk etməyəcəkləri halda FTX tərəfindən həqiqətən də həbs ediləcəklərini anlayan A.Çovdarov və əsabələri dərhal "asta qaçan namərddi" deyib bazarı tərk edib”.

Mənbənin sözlərinə görə, sonrakı dönəmlərdə sabiq MTN generalı Rusiyadakı digər obyektlərə müdaxilə etməyə cəhd etsə də, FTX hədəsindən sonra onu bir daha Pyatiqorsk ətrafında görən olmayıb...(moderator.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar