Dünya şokda: ABŞ təyyarələri kürdləri bombaladı - VİDEO

9-07-2016, 17:29   

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirən ABŞ təyyarələri səhvən YPG (PKK-nın Suriya qanadının silahlı qolu) mövqelərinə zərbələr endirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Menbiçin şimal-qərbindəki YPG-yə aid iki mövqeni İŞİD mövqeləri ilə səhv salan ABŞ-ın iki döyüş təyyarəsi tərəfindən bombalanıb. Sonradan hədəfin səhv olduğu ortaya çıxsa da, artıq gec olub.

Qeyd edək ki, bir ay öncə ABŞ təyyarələri İŞİD-ə qarşı hücumda səhvən müxaliflərin mövqelərini bombalamışdı.


[media=https://www.youtube.com/watch?v=1RldcJWyZkg]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar