NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib

9-07-2016, 19:39   
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edib
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

"Report"un verdiyi məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir", - deyə sənəddə qeyd olunub.
Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar