Bakıda qeyri-adi toy YAŞI ÖTMÜŞ QIZ ÖZÜ ÖZÜ İLƏ NİKAHA GİRDİ, FOTO

10-07-2016, 13:19   
Bakıda qeyri-adi toy YAŞI ÖTMÜŞ QIZ ÖZÜ ÖZÜ İLƏ NİKAHA GİRDİ, FOTO

Bakıda qeyri-adi toy mərasimi olub. Yaşı ötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.

Bu barədə AMEA-nın elmi işçisi Elyar İslam öz Facebook səhifəsində yazıb.

"Bu il eşitdiyim ən qəribə hadisə bu gün (dünən-red.) baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq". Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.

Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təmtəraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.

Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!", - E.İslam xeyir dua verib.

Baku.ws bildirir ki, toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhələnməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib.

Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarına və tanışlarına, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar