“Şakro Molodoy”u tək qoymadılar: yanına Levon gəlir VİDEO

14-07-2016, 12:31   
“Şakro Molodoy”u tək qoymadılar: yanına Levon gəlir VİDEO

Dünən Moskvada qeyri-qanuni bank fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinərək 38 yaşlı “vor zakon” Levan Paradze həbs olunub. Həbs zamanı oğru kriminal aləmdə Levan kimi tanınan avtoritetin üzərindən iri həcmdə narkotik vasitələrin aşkarlandığı da bildirilir.

Virtualaz.org “Kraym-İnfo”ya istinadən xəbər verir ki, Levan artıq 3 ildir ki. “vor zakon” titulunu daşıyır. Deyilənə görə, onun “xaç atası” isə məşhur Kutaisi “oğrusu” Amiran Sopromidzedir.

Levan Peradze pul vəsaitlərinin qeyri-qanuni nağdlaşdırılması əməliyyatlarının həyata keçirilməsi üçün cinayətkar dəstə yaratmaqda ittiham olunur. Peradzenin bandasının istifadə etdiyi qondarma “firma”larda dünən eyni zamanda 30-dan çox axtarış əməliyyatı aparılıb.

Levan Petrovkadakı müvəqqəti saxlanma təcridxanasındadır. Xatırladaq ki, 2 gün öncə buraya “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşov da gətirilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar