Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiymət artırılıb. Bu gün keçirilən iclasda bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.
Xatırladaq ki, elektrik enerjisinin pərakəndə satış qiyməti 6 qəpik idi.