Qarpız yayın ən sevimli meyvələrindən sayılır. Artıq bu aydan təbii qarpız yemək olar. Ancaq qarpızın yaxşısını hamı seçə bilmir. Satışda o qədər qarpız olur ki, dadlısını seçmək üçün müəyyən əlamətləri bilmək lazımdır.
Bu gün bir fermerin dilindən sizlərə qarpızın ən dadlısını, şrinini seçmək qaydasını təqdim edəcəyik. Bu qaydaları bildikdən sonra qarpız seçərkən heç bir çətinlik çəkməyəcəksiniz.
1. Ölçü
Böyük ölçülü qarpız seçmək məsləhət deyil. Bilirik ki, yetişdirlən məhsullara kifayət qədər dərman, kübrə vurulur.
2. Sarı ləkə
Bu qarpızın dəymiş olmasından xəbər verir. Qarpızın üzərində sarı ləkə onun dadlı və şirin olmasını göstərir.
3. Cinsi
Hər məhsulun cinsi var. Qarpızda da bu xüsusi seçilir. Qarpızın dişi variantı daha dadlı olur. Erkək qarpız kifayət qədər böyük və uzunsov olur. Dişi qarpız isə balaca və bir qədər yastı olur.
4. Qarpızı vuraraq yoxlamaq
Yetişmiş qarpız üzərinə vurduqda boş səs çıxarmalıdır. Kal qarpızdan bu cür səs gəlməyəcək. Həmçinin, qarpızı iki tərəfindən sıxdıqda çırtıldayırsa, deməli yetişib və yeyiləsi haldadır.
5. Saplağı
Sapağı saralıbsa, bu yetişmiş qarpzdan xəbər verir. Yaşıl isə əksinə. Bu onu göstərir ki, qarpız tağdan dəyməmiş üzülüb.
6. Qoxu
Qarpızın qabığının təbii qoxusu olmalıdır. Qoxuladığınız qarpızdan heç bir qoxu gəlmirsə, deməli təbii yolla əkilməyib.(atv.az)