Alı Alıyevin keçmişi ilə bağlı şok məlumatlar

31-05-2014, 11:43   
Alı Alıyevin keçmişi ilə bağlı şok məlumatlar
Surət Hüseynovun çevrilişində iştirak, Əhməd Əhmədzadənin havadarlığı, məhkəmə maxinasiyası və daha nələr...
Ötən sayımızda Füzuli raonunda baş verən məmur özbaşınalıqları haqda yazmışdıq. İndi qəzetimizə rayon icra hakimiyyətinin başçısı Alı Alıyevlə bağlı maraqlı məlumatlar daxil olub. Hər kəsə bəllidir ki, Alı Alıyev Əhməd Əhmədzadənin xeyir dusı ilə Füzuli rayon İcra başçısı vəzifəsinə təyin edilıb. "Yeni Cumhuriyyət”ə ilginc məlumatlar açıqlayan mənbə bildirir ki, bu həmin Alı Alıyevdir ki, mərhum Kazım İbişov İcra Başçısı olduğu ilk gündə Rüfət Quliyev və Murad Xudiyevdən sonra çıxış edərək bildirmişdi ki, Füzuli rayonunun işğal olunmuş ərazisinin işğaldan azad olunması üçün öz şəxsi vəsaiti hesabına 2 ədəd MİK qırıcı təyyarəsi alıb Füzuli rayonunu erməni təcavüzündən aza edəcəm. Çox gözəl təşəbbüs idi. Amma Alı Alıyev çıxış edən zaman Əsgər Şıxəliyev əyilib İbişov Kazımın qulağına nə isə dedi və dərhal İbişov Kazım əlini stola döyərək natiqi yerində oturtmuşdu.İbişov Kazım isə Füzuli rayonunda çox tanmmış insan idi. Qorxmaz adam idi. Alı Alıyev, Şakir Hacıyev, Əsgər Şıxəliyev, Məhərrəm Nəzərov və digərlərinə o lazım imiş ki, İbişov Kazım çevriliş edib hakimiyyəti onlara versin və bu müvəqqəti istifadə üçün lazım idi. Lakin İbişov Kazım Füzuli rayonu Icra Hakimiyyətini çevirdikdən sonra 45 gün Füzuli rayon İcra başçısı vəzifəsində fərmansız işlədi. Ən nəhayət, eks prezident Heydər Əliyevin fərmanı ilə 45 gündən sonra Füzuli rayonu Icra Hakimiyyətinin başçısı Nofəl Qasımov işdən azad olunaraq onun yerinə Nəbi Muxtarov təyin olundu və həmin çevrilişlə əlaqədar onlarla adamın hamısını istintaqa verdilər. Füzuli rayonunda dövlət çevrilişi ilə əlaqədar burada isə yalnız İbişov Kazım və Səfa (Yapon) həbs olundu. Necə deyərlər şahmat oyununda olduğu kimi peşkalarını qabağa verdilər, vəzirlər, toplar və digərləri hələ də iş başındadır. Sovetlər dövründə 1992- ci ilə qədər Alı Alıyev Füzuli rayon Aqropromun sədri vəzifəsində işləyib. Həmin ərəfədə Respublika Aqropromunun Sabirabad rayonunda Zonalnı müşavirəsi gedəndə həmin yığıncaqda Respublika Aqropromunun qərarı ilə Alı Alıyev Füzuli rayon Aqropromunun sədr vəzifəsində Respublika kollegiyasının qərarı ilə tutduğu vəzifədən azad olunmuşdu. Lakin təxminən bir ildən sonra Əhməd Əhmədzadə ilə əvvəllər də iş birliyində olan Alı Alıyev onun bir nomrəli adamı olaraq Füzuli rayonu Aqropromuna sədr təyin olundu. Bu iş birliyi Alı Alıyevı təzədən Əhmədzadənin xüsusi göstərişi ilə ovaxtkı Füzuli rayon xalq hakimi Şəkər Məmmədova ındi Ağır Cinayətlər üzrə məhkəmədə hakim işləyən iş qrup qoşan Şəkər Məmmədova Alı Alıyevin Azərbaycaıı Respublikasmm Aqropromunun kolleqiya iclasının qərarını ləğv edərək əmək kitabçasnı təmizlədi. Halbuki, rayon məhkəməsinin kolleqiyanın qərarınaa baxmağa heç bir əsası yoxdur və baxa da bilməz.Bundan sonra Alı Alıyev Əhmədzadəni Füzuli rayonu üzrə Açıq Su Səhmdar Cəmıyyətinin kanallar, içməli su çəkılişləri bütün Füzuli rayonunda bir nomrəli kadırı kımi işə başladı və bu dostluq davam edərək ən nəhayət, Alı Alıyevi Füzuli rayon İcra Başçısı vəzifəsinə təyin elətdirdi.Ərazisinin böyük bir hissəsi işğal altında olan bir rayonun rəhbərinin büdcəni talaması bütün problemləri kölgədə saxlayıb. Füzuli rayonun bütün gəlirli sahələri – tikinti biznesi, heyvandarlıq kompleksləri, rayonun abadlaşdırılması adı altında kosmetik işlər və bu sayaq başqa məsələlər hamısı icra başçısının əlində cəmləşib. Bundan başqa, xaricdə yaşayan və ailəsinə pul göndərən füzulilərin də işi çətinə düşüb. Çünki icra başçısı onların da siyahısını hazırlatdıraraq, həmin ailələrindən imtiyaz almağa çalışır.Məlumatlara görə, Alı Alıyevə artıq dözülməz vəziyyətlə bağlı bir neçə dəfə yaxın ətrafı xəbərdarlıq edib. Ancaq icra başçısı ona kimsənin nəsə edə biləcəyini mümkün olmadığını bildirib. Amma Füzuli rayonunda yaşanan gərgin vəziyyətdən dolayı günlərin birində Alı Alıyevin durumu kifayət qədər ağır olacaq. Ancaq onun əlindən çıxacaq istənilən bir "olay” yekunda Əhməd Əhmədzadənin da sonunu yaxınlaşdıracaq.
www.DTV.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar