Bir qrup sahibkar Prezidentə ve nazirə müraciət etdi

8-10-2016, 10:25   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Azərbaycan Respublikasının Vergilər Naziri Fazil Məmmədova

Azərbaycan Respublkasından kənd təsərufat məhsullarının ixracına xidmət edən bir qrup sahibkar tərəfindən

M Ü R A C İ Ə T

Cənab Prezident və hörmətli nazir, biz dəfələrlə yazdıqlarımız ərizələrdə, müraciətlərdə , hətda İnter Az kanalında etdiyimiz çıxışlarda vergi auditinin yalnış olaraq hesabladığı ağla sığmaz analoji vergilərdən əziyyət çəkdiyimizi sizlərə bildirmişik, lakin bu günə kimi heç bir müsbətə doğru dəyişiklik olmamışdır.

Çünki, yenədə sahibkarlar köhnə qaydada vergi auditinin səriştəsizliyi nəticəsində analoji vergilər hesablanandan sonra sahibkarların hamısı istintaqlara, məhkəmələrə və həbsxanalara göndərilir ( buna misal olaraq Bərdə rayon məhkəməsi tərəfindən iki ay bundan əvvəl 3 il müddətinə həbsə göndərilmiş Qarabağ müharibəsi iştirakçısı I qrup əlil Əsədov Aqil Adil oğlunu göstərmək olar.)

Cənab Prezident bizlər dəfələrlə vergi nazirliyində olub verdiyimiz izahatlarda göstərmişik ki, bizim fəaliyətimiz Azərbaycan Respublikasında istehsal olunmuş kənd təsərufatı məhsullarını Rusiya bazarlarına çıxarmaqdır.Bir daha fəaliyətimizin gedişini əvvəldən axıra sizlərin və vergilər nazirliyinin nəzərinə çatdırırıq ki, bizim Rusiyada və digər ölkələrdə müəyyən şirkətlərlə bağladığımız müqavilə əsasında Respubilikada istehsal olunan kənd təsərufat məhsullarının kəndlilər tərəfindən Rusiya, Ukranya və digər bazarlara öz məhsullarının çıxarıb satmaları üçün xidmət göstəririk. Çünki, heç bir kəndli və ya vətəndaş əgər adı sadalanan ölkələrdə müqaviləsi yoxdursa, öz məhsullarını gömrükdən ixrac edə bilmirlər.Ölkə ərazisində istehsal olunan məhsulları vətəndaşlar Xaçmaz rayonu Çərxi, Ləzzət kəndləri ərazilərində yük platformalarına gətirirlər və oradan qatarlara və yük maşınlarına yükləyib vətəndaşlar hansı bazara istəyirsə o bazarlarada çatdırmağa xidmətlərimizi göstəririk. Lakin təsüflər olsun ki,vergi auditçilərini yük platformalarına fəaliyyətimizin gedişatı ilə tanış olub düzgün qərar vermələri üçün dəvət etsək də indiyədək vergi nazirliyi tərəfindən heç bir addım atılmayıb.Ancaq, bütün bunlara baxmayaraq yenədə analoji olaraq ağlasığmaz vergiləri hesablamaqda davam edirlər.Misal olaraq elə sahibkarlar var ki 200 min manatdan başlayıb 1-miliyon manatdan yuxarı hesablanmış vergilər var.

Cənab Prezident və Hörmətli Nazir bizim sizlərə müraciətimizin əsas səbəbi vergilər nazirliyindən nümayəndənizi göndərib, fəaliyətimizi araşdırıb hansı vergiləri ödəməliyiksə onu bizə izah edəsiniz.

Əks təqdirdə belə getsə bu fəaliyətlə məşğul olduqdan sonra hər bir sahibkarın adına küllü miqdarda borc yaranır.Çünki, gömrük orqanlarının bizdən tələb etdiyi sənəd əsasında kəndlilərin məhsullarını ixrac edirik.Vergi nazirliyidə bu ixracı bizim məhsullar hesab edir sonundada bir neçə ildən sonra elə bir vergi hesablayırlar ki, istəsək belə o vergiləri ödəmək ixtiyarında deyilik.

Sahibkar olaraq bizdə vergilərimizi ödəmək istəyirik lakin, hesablanan bu vergilər bizim fəaliyətə aidiyatı olmadığından bir daha vergi nazirliyindən kənd təsərufatının ixracı ilə bağlı məsələlərə daha diqqətli və yuxarıda göstərdiyimiz fəaliyətin vergisini hesablanmasını Cənab Prezident sizin nəzarətiniz çərçivəsində olmasını istəyirik.Çünki, hansı vergi auditçisinə biz xidmət etdiyimiz fəaliyyətlə əlaqədar kəndlilərin məhsullarını hansı qaydada və hansı sənədləri toplamaqla gömrükdən keçirəcəyimizi soruşduqda və bizə izah edin dedikdə heç bir dolğun cavab ala bilmirik, əksinə “biz gömrüyün işinə qarışmırıq” deyə cavab alırıq.

Cənab Prezident əgər vergi məmurları bizlərə hansı qaydada fəaliyət göstərib vergi borcunun yaranmamasını izah etmirsə və gömrükdən tələb olunan sənədlər nəticəsində biz xidmətimizi edəndən sonra külli miqdarda vergilər yaranırsa və bu vergilərdən ötəri sahibkarlar külli miqdarda borca düşürsə, ölkədən çıxışına qadağa qoyulursa, sonunda həbsxanalara düşürsə buda o deməkdirki, gələcəkdə ölkəmizdə həbsxanaların əksəriyyətində sahibkarlar və iqtisadiyyatın bu sahəsində böhranlar olacaq.

Cənab Prezident sizin sahibkarlığa təşviqlə bağlı ölkədən ixrac olan məhsulların 3 faizini sahibkarın özünə qaytarılması haqqında verdiyiniz sərəncam bizə çox ümid bəxş etsədə o 3faizi almağ əvəzinə külli miqdarda borclarla qarşılaşırıq. Bu iqtisadi böhran bir vəziyyətdə ölkəmizə xarici valiyutanın daxil olmasına çalışdığımız bir vəziyyətdə hesablanan bu vergilər Bang əməliyyatlarımıza qoyulan sanksiyalar dövlət büdcəsinə zərərdən başqa bir şey deyildir.

Əvvəlcədən öz təşəkkürümüzü bildiririk, və bu bizim fəaliyyətimizin peşəkar vergi məmurları tərəfindən arasdırılmasını bizlərə dəstək olmasını Cənab Prezident sizdən və Hörmətli Vergi Nazirimizdən xahiş edirik.

Bərdə rayon Sahibkarları

1. Məmmədov Şahlar Məhhəmməd oğlu ( I qrup Qarabağ Əlili) 050-493-48-09

2. Hidayətov Zöhrab Raqub oğlu 051-317-10-10

3. Əsədov Aqil Adil oğlu (I qrup Qarabağ Əlili.Həbsdədir )

4. Abbasov Şəfail Hüseyn oğlu ( İşi məhkəmədədir) 051-647-04-07

5. Əzimov Səxavət Bəxdiyar oğlu ( İşi məhkəmədədir) Və digərləri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar