Sabiq AzTV əməkdaşından Arif Alışanov haqqında ağır ittihamlar...
AzTV-nin keçmiş mühəndisi, Sankt-Peterburq Kino və Televiziya institutunun məzunu Hikmət Hikmətli telekanal əməkdaşlarına aylarla əmək haqqı verilməməsini və onların cüzi maaşa möhtac edilməsini pisləyib və bunu sədr A.Alışanovun yarıtmaz rəhbərliyi ilə əlaqələndirib.
Keçmiş mühəndis özünün Feysbuk səhifəsində bunları qeyd edib: “hər gün dövlət büdçəsindən 100 min manat xəcləyən AzTV kimi kanalın əməkdaşları A.Alışanovun kəraməti sayəsində 100-150 manatın ümidinə qalıb. Sədrin işçilərə pul verməyə əli gəlmir. Dövlət büdçəsini talamaq hesabına milyonları , xariçdə mülkləri , müxtəlif yerdə villaları olan bu adam neçə-neçə əməkdaşı maaşsız, ac-yalavac qoyub”. Daha sonra o, AzTV-də çalışdığı 17 il ərzində A.Alışanov qədər “savadsız, qabiliyyətsiz, kobud, naşı” sədr görmədiyini qeyd edərək ayzır ki, “televiziya yaradıcılığının nə olduğunu anlamayan, ixtisas təhsili olmayan, xəbərdən , jurnalist işindən başı çıxmayan Alışanovun bu böyüklükdə telekanala rəhbərlik etməsi fəlakətdir . Əslində belə aşağı səviyyəli, savadsız bir adamın televiziya rəhbəri olması bütün xalq üçün təhqirdir”.
A.Alışanovu televiziya tarixinin üz qarası kimi səciyyələndirən H.Hikmətlinin fikrincə, mətbuatda AZTV sədri barədə yazılanlar həqiqəti əks etdirir. Cəmiyyət həmin yazılar vasitəsilə “bu adamın bəd əməllərindən xəbərdar olmalı, ölkənin dövlət büdcəsindən maliyyəşən əsas telekanalına rəhbərlik edən şəxsin hansı əxlaq və mənəviyyat sahibi olmasını bilməlidir” – deyən keçmiş mühəndis bir mütəxəssis kimi özünün işsiz və maaşsız qalmasının da səbəbkarı kimi Alışanovu göstərir.
Hikmət Hikmətli bir başqa paylaşımında isə bunları qeyd edir:
"Bu günlərdə AzTV-nin iki keçmiş əməkdaşı bu telekanalın sədri Arif Alışanovu dəqiq faktlarla ifşa edən bəyanat yayıblar. Mən hər iki dəyərli xanımın – Nailə Quliyeva və Nərgiz Cabbarlının haqq səsinə qoşularaq deyirəm ki , A.Alışanov televiziya tariximizin üz qarasıdır. Cəmiyyət bu adamın bəd əməllərindən xəbərdar olmalı, ölkənin dövlət büdcəsindən maliyyəşən əsas telekanalına rəhbərlik edən şəxsin hansı əxlaq və mənəviyyat sahibi olmasını bilməlidir.
Televiziya yaradıcılığının nə olduğunu anlamayan, ixtisas təhsili olmayan , xəbərdən , jurnalist işindən başı çıxmayan Alışanovun bu böyüklükdə telekanala rəhbərlik etməsi fəlakətdir . Əslində belə aşağı səviyyəli, savadsız bir adamın televiziya rəhbəri olması bütün xalq üçün təhqirdir . Alışanov təmirdən , alış-verişdən başqa heç nə bilmir . Mən 17 il AzTV-də işləmişəm , bir il texnik , sonra isə radioda böyük mühəndis vəzifəsində çalışmışam. Sankt-Peterburq Televiziya inistitunu bitirmişəm , bu sahədə az saylı mütəxəssislərdən biriyəm. AzTV-də iki-üç rəhbərlə işləmişəm , amma A.Alışanov kimi savadsız , qabiliyyətsiz , kobud naşı sədr görməmişəm .
Hər gün dövlət büdçəsindən 100 min manat xəcləyən AzTV kimi kanalın əməkdaşları A.Alışanovun kəraməti sayəsində 100-150 manatın ümidinə qalıb. Sədrin işçilərə pul verməyə əli gəlmir. Dövlət büdçəsini talamaq hesabına milyonları, xariçdə mülkləri, müxtəlif yerdə villaları olan bu adam neçə-neçə əməkdaşı maaşsız , ac-yalavac qoyub. Axı nəyə görə mənim kimi iki inistitut bitirmiş mütəxəssis haqsız yerə işdən çəxarılıb küçələrdə qalmalı , bir parça çörəyə möhtac olmalıdır, amma ömür boyu adı oğurluqda hallanan A.Alışanov kimisi dövlət büdcəsinin hesabına varlanmalı, insaların taleyi ilə oynamalıdır? Budur bizim müstəqilliyimiz?"
Qeyd edək ki, qarşı tərəfin də cavab haqqını tanıyırıq və ittihamlarla bağlı fikirlərini olduğu kimi təqdim etməyə hazırıq.