Bu barədə Ağcabədi rayon sakini Elmin Abdullayevin Daxili İşlər naziri Ramil Usubova ünvanladığı şikayət məktubunda bildiririr.
Şikayət məktubunun bir surətini də anaxeber.info saytının redaksiyasına yollayan Ağcabədi rayonu Gələbəddin kənd sakini Elmin Abdullayevin Daxili İşlər naziri Ramil Usubova ünvanladığı şikayət məktubunda bildiririr ki, 28.07.2016-cı ildə həmkəndlisi Ələsgərov Famil gecə saat 2 radələrində onun dükanıdan oğurluq edib. Oğurluqdan həmən xəbər tutan Elmin Abdullayev 102 xidmətinə zəng edib. Bundan sonra hadisə yerinə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Ağcabədi rayon Polis Şöbəsinin Axtarış şöbəsinin rəisi Rauf adlı polis zabiti şübhəli qismində Famil Ələsgərovu saxlayıb və saxlanılan şəxs oğurluq etdiyini etraf edib. Bundan sonra Elmin Abdullayev dükanından aparılan 2500 manatlıq malın geri verilməsini istəsə də, ona ancaq dəymiş ziyanın çox az qismini qaytara biləcəklərini söyləyiblər.
Qəribədir ki, Ağcabədi rayon Polis Şöbəsinin Axtarış şöbəsinin rəisi Rauf adlı polis zabiti oğrunun müdafiəçisinə çevrilib. O dükanı oğurlanmış Elmin Abdullayevi yanına çağıraraq şikayətçi olmamağı və dəyən ziyanın hissə-hissə ödəniləsəyini bildirib. Ziyan dəymiş şəxs bununla razılaşmadıqda isə Ağcabədi rayon Polis Şöbəsinin Axtarış şöbəsinin rəisi Rauf adlı polis zabiti və oğurluq edən Famil Ələsgərovun qardaşı Əlizadə Elmin Abdullayevin üzünə durublar ki, dükandan cəmi 95 manatlıq oğurluq olub.
anaxeber.info