Vaşınqtonda Azərbaycandakı korrupsiya müzakirə olundu

21-10-2016, 19:53   
Vaşınqtonda Azərbaycandakı korrupsiya müzakirə olundu
Cümə günü Hadson İnstitutunda debatlar zamanı Amerikalı və Avropalı analitiklər kleptokratiya və pulların yuyulmasına qarşı mübarizə yollarını müzakirə ediblər.

Xüsusən, Azərbaycandan çirkli nağd pulların Qərb paytaxtlarına axınını dayandırmağın yollarına toxunulub. “Azərbaycan kimi kleptokratik dövlətlərin bizim siyasi institutlarımıza çıxışının olması və burada öz maraqlarını təşviq etməsi yaxşıdır?”, deyə Britaniyalı jurnalist, “Kleptokratiya lənətdir: yenidən düşünülməsi və qarşısının alınması” adı yeni məruzənin müəllifi Ben Cuda soruşub.

Məruzədə deyilir ki, kleptokratiya demokratiya üçün geniş yayılmış qlobal təhlükəyə çevrilib. “Düşünürük ki, qloballaşma Qərbin lehinə işləyir. Amma əslində kleptokratik rejimlər ondan fəal şəkildə istifadə edir”, deyə Ben Cuda Turan-ın müxbiri ilə söhbətində bildirib.

“Biz kleptokratiyanın qarşısını almasaq, demokratik institutlarımız ələ keçiriləcək və satılacaq. Azərbaycana və Avropa Şurasına baxmaq kifayətdir”, deyə o əlavə edib.

Hesabatda deyilir ki, Azərbaycan Avropa Şurasına 2000-ci ildə üzvlüyün Azərbaycana siyasi mədəniyyətini dəyişdirməyə kömək edəcəyi ümidi ilə qəbul edilib. Bunun yerinə Avropa Şurası onun bənzərinə çevrilib.

“Kleptokratiya Avropa Şurasının Azərbaycanı tənqid etmək imkanını iflic etməyib, amma bu nüfuzlu qurumun rəsmi orqanlarını manipulyasiya etməyə imkan verir, ölkədə siyasi məhbusların, səsvermələr zamanı sistemli şəkildə fırıldaqların olduğunu inkar edir”, deyə hesabatda bildirilir.

Bakı AŞ tərəfindən tənqiddən əziyyət çəkmir və hətta 2014-cü ildə oraya sədrlik edib, Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib və bir sıra beynəlxalq konfranslar keçirib.

“Parlament Assambleyasının bir çox üzvləri Bakının orada insan hüquqları sahəsində baxılacaq heç bir problem olmadığını haqqında fikri ilə razı idilər”, deyə araşdırmada vurğulanır.

ABŞ nəzərə almalıdır ki, dünyada pulların yuyulması epidemiya xarakteri alıb və Amerikanın xarici siyasətini sarsıdır, inkişafı ləngidir, demokratiya üçün təhlükə yaradır”.

Müzakirə iştirakçıları ABŞ və Avropanın qeyri-leqal əldə olunmuş sərvətlərin leqallaşdırılmasına yol verməməyə imkan verən qanunlar qəbul etməlidir.

“Kleptokratiya milli təhlükəsizlik məsələsidir – amma bu, həm də bizim demokratik quruluşlarımızı sarsıtmaq üsuludur”, deyə Hadson İnstitutunun əməkdaşı Anna Toburn bildirib.

ABŞ dövlət katibinin köməkçisinin keçmiş müavini, hazırda Makkeyn İnstitutunun direktoru Devid Kramer hesab edir ki, Azərbaycan insan hüquqlarını kobud şəkildə pozan kleptokratik rejimlərin Qərb paytaxtlarına yol tapmasının və demokratiyaya təhlükə yaratmasının “ən yaxşı nümunəsidir”.

“Korrupsiyaya göz yuma biləcəyimizi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcəyimizi düşünürüksə, böyük səhvə yol veririk”, deyə o bildirib.

Kleptokratiya və avtoritarizm “birlikdə hərəkət edir” və onlar nə qədər çox korrupsiyaya uğrayırsa, aqressiyaları bir o qədər çox olur.

“Aynaya baxmaq və işləri həyata keçirmək qaydalarımızı təmizləmək lazımdır”, deyə Kramer sonda bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar