“Qlobal dünya prosesləri dünyanın ən varlı 300 ailəsi – «Komitə 300» tərəfindən idarə olunur”
«Qızıl milyard» və «Komitə 300» kimi gizlinlər barədə hələ 2000-ci ilin əvvəllərində bir rus jurnalından («NLO» – Neopoznannoye, Leqendarnoye, Oçevidnoye) oxumuşdum. Sonrakı illərdə bu bilgilərimin üzərinə daha xeylisini və daha ilginclərini əlavə edə bildim – mütaliəm imkan verdiyi qədərində…
Həmin vaxtdan indiyə qədər bu mövzuda heç olmasa bircə məqalə yazmağı demək olar, hər gün arzulamışam. Çəkinmişəm – düşünmüşəm ki, bunca gizlin mətləblər barədə yazmaq daha çox məlumat tələb edir, mənim isə informasiya əldə etmək imkanlarım, çağdaş standartlarla ölçsək, xeyli məhduddur. Amma hər gün çalışmışam – ən müxtəlif mənbələrdən əldə etdiyim məlumatları zəkamın «süzgəci»ndən keçirib, dünyada cərəyan edən proseslərlə müqayisəli təhlilə məruz qoymuşam…
Bir neçə gün bundan əvvəl Böyük Britaniya kraliçası İkinci Yelizavetanın dünyanı gözləyən fəlakətlərlə bağlı verdiyi açıqlama, nəhayət ki, səbr kasamın daşmasına səbəb oldu və bu sətirləri qələmə almağa qərar verdim. Kəm-kəsiri olduğu qədərində, öncədən hörmətli oxucularımdan üzr istəyirəm…
«Qızıl milyard» nəzəriyyəsi
Dünyanın «kölgə hökuməti» adlandırılan gözəgörünməz «qurum» 1985-ci ilin fevralında özünün növbəti iclasına toplaşdı. Bu iclasda SSRİ dövlətini 52 cırtdan «müstəqil» dövlətə parçalamaq və onları öz aralarında münaqişəyə məcbur etmək barədə qərar qəbul olundu.
Sual olunur – nə üçün? Mütəxəssislərin qiymətləndirməsinə görə, guya 2015-ci ilə planetimizin resursları tükənəcəkmiş. Təkcə bir «anbar» qalacaqmış – planetin 1/6-ni təşkil edən Rusiya. Ardınca, SSRİ-nin parçalanması üçün yüz milyardlarla dollar vəsait yönəldildi. Bu proqram «Harvard layihəsi» kod adını aldı. Həmin pullara bütün hökumətlərin «zirvə üzvləri», bütün kütləvi informasiya vasitələri (KİV) satın alındı və 1991-ci ildə düşünülmüşləri reallaşdırmaq mümkün oldu…
İndi həmin proqramın ikinci hissəsi həyata keçirilir. Bunu da «Hyüston layihəsi» adlandırırlar. Lap bu yaxınlarda dünya hökuməti heç nədən çəkinmədən və görünməmiş soyuqqanlılıqla öz planlarını ictimailəşdirdi: Elə həmin 1985-ci ildə onlar, 2020-ci ilə kimi keçmiş SSRİ məkanının əhalisinin sayını iki dəfə azaltmaq barədə qərar da qəbul etmişdilər. Həmin qərara əsasən yaşlı nəsli yoxsulluqla, gənc nəsli isə kütləvi pozğunluq, alkoqol, tütün və narkotiklərlə məhv etmək nəzərdə tutulub. Bütün bunlara Qərb adlandırılan «lənət obyekti» indinin özündə də milyardlarla dollar «xərcləyir».
BA0DE37F-BF5C-440D-8A66
Hələ 90-cı illərdə Marqaret Tetçer Rusiyaya səfəri çərçivəsində çıxışı zamanı ABŞ-n Rusiyaya yönəlik siyasətindən danışarkən, ağzından olduqca müəmmalı kəlmələr çıxartmışdı. O, demişdi: «Dünya ictimaiyyətinin qiymətləndirməsinə görə, iqtisadi cəhətdən məqsədəmüvafiqdir ki, Rusiya ərazisində 15 milyon insan yaşasın». O zaman tərcüməçi çaşqınlıq içində bir qədər pauzadan sonra, bu rəqəmi «50 milyon insan» sözbirləşməsi kimi tərcümə etmişdi. Tetçer tərcüməçinin «səhvi»ni düzəldərək, yenə 15 milyon rəqəmini təkrar etmişdi. Yerdə qalan 135 milyon (o dövrdəki statistika) isə ölkədə aparılan elan olunmamış «alkoqol müharibəsi» ilə məhv ediləcəkdi…
Tetçerdən 4 il sonra ABŞ-n dövlət katibi Madlen Olbrayt da elə həmin fikri təkrar etmişdi – bir qədər yumşaq fomada: «Rusiyanın ərazisində 15 milyon insanın yaşaması iqtisadi cəhətdən məqsədəuyğundur». Sağ qalanların 2 milyon nəfəri transsibir dəmir yolu magistralına (Avropaya ən qısa yol) xidmət göstərməyə yönəldiləcəkdi. Digər qismi isə ən çirkli kimya və metallurgiya müəssisələrinə və «nüvə məzarlıqları»na xidmət üçün nəzərdə tutulmuşdu. Bu plan digər postsovet ölkələri (Baltikyanı ölkələri çıxmaq şərti ilə) üçün də işləkdir – bu və ya digər nisbətdə…
«Komitə 300»
Bir neçə il bundan əvvəl ingilis müəllif – amerikalı araşdırmaçı jurnalist Con Kolemanın rus dilində «Komitə 300» adlı kitabı çapdan çıxıb. Koleman – ingilis kəşfiyyatının polkovnikidir, 30 il ərzindəki xidməti dövründə qlobal dünya proseslərinin idarə olunmasının gizli mexanizmlərini, necə deyərlər, içəridən öyrənib.
O, belə nəticəyə gəlib ki, qlobal dünya prosesləri dünyanın ən varlı 300 ailəsi – «Komitə 300» tərəfindən idarə olunur. Həmin 300 ailə bir-biri ilə gizli mason telləri ilə əlaqəlidir, onlar dünya siyasətini müəyyən edir, dünya hökuməti isə (Böyük Yeddilik ölkələri) müqəvva kimi onların iradəsini yerinə yetirir.
maxresdefault
Ötən əsrin 1970-ci illərində «Komitə 300» olduqca əhəmiyyətli bir tədqiqat işi sifariş edib. Onun nəticələrinə görə, məlum olub ki, Yerin təbii resursları məhduddur və 3-cü yüzillikdə də dəbdəbəli yaşamaq üçün bütün Yer əhalisinə çatmaz – tək 1-cə milyarda çatar.
Bunun ardınca «Komitə 300» «Qızıl milyard» nəzəriyyəsini işləyib hazırlayıb. Nəzəriyyə bu mənaya gəlir ki, 1970-ci ildən 2070-ci ilə qədər Yer planetində 1 milyard nəfərdən artıq insan qalmamalıdır. Digər 5,5 milyard isə sözsüz-söhbətsiz, məhvə məhkumdur…
İndi isə «qızıl milyard»ın xəritəsinə düşən ölkələrin siyahısına diqqət yetirin – ABŞ və Kanada, Qərbi Avropa (Şərqi Avropa daxil deyil), İsrail və Yaponiya! Göründüyü kimi biz bu «xəritə»yə daxil deyilik…
Öz planlarını reallaşdırmaq üçün «Komitə 300» çoxdan Yer əhalisinin qlobal məhvi proqramını işə salıb. Belə ki, ötən əsrin 70-ci illərində Afrikaya QİÇS virusu «tullanıb» və bu qitənin əhalisini QİÇS və aclıqla məhv etmək qərarı verilib.
Şimal xalqlarını alkoqol, tütün və narkotiklərin vasitəsilə məhv etmək qərarı verilib. Müsəlman xalqlarını – nə alkoqolun, nə pozğunluğun, nə də narkotiklərin gücü çatmayan xalqları – sadəcə, fiziki üsullarla – MÜHARİBƏ ilə məhv etmək planı işə salınıb.
İkinci Yelizaveta – «Komitə 300» üzvüdür!
İndi birdən-birə, Böyük Britaniyanın kraliçası İkinci Yelizaveta faciəvi perspektivlərdən dəm vurmağa başlayıb: «Hazırda lazımlı hazırlıqları görmək və yaxınlarla sağollaşmaq lazımdır. Çünki kimsə, kimin öləcəyini, kimin sağ qalacağını təxmin edə bilməz. Son günlər xeyli insan öləcək… Mənim sevimli ölkəm yaxın zamanlarda öz tarixinin ən qaranlıq dövrünə daxil olacaq. Çünki o, Yaxın Şərqdə başlanan ağır və apokaliptik müharibədə iştirak edəcək» – deyə, kraliça Rusiya patriarxı ilə görüşü zamanı söyləyib. Niyə də danışmasın? Bu planları ondan yaxşı bilən imperiya başçısı varmı? Axı o, barəsində söhbət açdığım «Komitə 300» adlı gizli qrupun üzvüdür!
Bu qənaəti möhkəmlətmək məqsədilə çox məlumatlı və mötəbər mənbələrə üz tutmaq ehiyacı hiss edirəm. Beləliklə…
Aleksandr Zinovyevin «Rusiya Federasiyası bu gün» jurnalında dərc olunmuş (№18, 2000 il) müsahibəsində maraqlı fikir yer alıb: «Ayrı-ayrı ölkələrin hökumətlərinə oxşar hökumət yox, dünya cəmiyyətləri üzərində qərar tutmuş bir cəmiyyət mövcuddur. Artıq bu cəmiyyətə 50-80 milyon insan, dünya miqyaslı onlarla iqtisadi imperiya, qeyri-kommersiya müəssisələri, KİV və s. daxildir. Onun öz strukturu, öz piramidası və öz iyerarxiyası var. Bax, planeti də bu idarə edir.
ABŞ bu cəmiyyətlər üzərində cəmiyyətin metropoliya mahiyyətidir. Dünyanın hər yerində onun nümayəndəlikləri var. Məsələn, ayrı-ayrı ölkələrlə çoxminli ekspert qrupları məşğul olur. Əlbəttə ki, lap zirvədə bir-biri ilə şəxsən tanış olan kiçik bir çevrə dayanır və ümumi strategiyanı da o müəyyən edir. Bu, elə başa düşülməməlidir ki, onlar haradasa iclas keçirir, fikirləşir və s. Onların idarəetmə vasitəsi hissəciklərinə qədər düşünülmüş və sınaqdan keçirilmiş «kütlələrlə, xalqlarla, hökumətlərlə manipulyasiya» sistemidir. Bu sistemin zirvəsində 300 ən varlı və nüfuzlu ailə və klan qərarlaşıb…».
C00E802B-1AD0-4621-B31C-70514DFE8B51_w987_r1_s
Keçmiş SSRİ DTK-nın sabiq polkovniki, DTK 5-ci idarəsinin Xarici iqtisadi əlaqələr Komitəsinin böyük zabiti Vladimir Nikiforov: «1980-ci illərdə mən Cənub-Şərqi Asiya üzrə kurator idim. Laosda, Vyetnamda, Kambocada, Çində işləmişəm. Əlbəttə, orada kəşfiyyat xidmətlərindəki həmkarlarımla görüşmüşəm, həmin dövlətlərin məmurları ilə əməkdaşlıq etmişəm. Şəxsi söhbətlərdə mənə Dünya Hökuməti barədə danışıblar. Əlbəttə, bütün prezidentlər onun diktaturasına müqavimət göstərirlər, amma bilirlər ki, artıq çoxdan bu vahid idarəetmə sisteminin marionetinə çevriliblər. Mən dəqiq bilirəm, buraya ingilis kraliçası, ispan kralı və onun arvadı daxildir. Dünya Hökuməti adlandırılan bu (üstqurum) hər şeyi satın alıb…».
Daha bir ibrətamiz misal. Vaxtilə Teodor Ruzvelt deyib: «Bütün zamanlarda – indi isə nə vaxtlarsa olduğundan daha çox – dünyanı ilk növbədə gizli cəmiyyətlər idarə edib və edir. Siyasətdə təsadüf olmur. Əgər nə isə baş veribsə, deməli, beləcə də düşünülüb».
İndi isə gəlin fikirləşək – nə üçün Britaniya kraliçası məhz indi «həyacan təbili çalmağa» başlayıb? Axı, gizli cəmiyyətlərin üzvləri açıq danışıb, sirləri açmaq səlahiyyətində deyillər. Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, ya artıq gizlədiləsi bir şey qalmayıb, ya da «Dünya Hökuməti»nin zirvəsində mahiyyət etirbarilə, yeni proseslər başlanıb ki, öz «sevimli ölkəsi»nə yönəlik planların qarşısının alınmasında Yelizaveta da acizdir və beləcə, «gileylənir»…
Digər səbəb (məqsəd) – sadəcə, bəşəriyyəti fəlakətə (apokalipsisə) hazırlayırlar…
Mirzə AĞ
AzPolitika.info